Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Müasir qida qablaşdırmasında alüminium qabların rolu.

Müasir qida qablaşdırmasında alüminium qabların rolu.

Müasir qida qablaşdırmasında alüminium qabların rolu.

Biz market rəflərində plastikdən şüşəyə, kartondan alüminium bankalaradək, müxtəlif növ materiallardan hazırlanmış qablaşdırmalara rast gəlirik. Bunların arasında olduqca çox yönümlü, dayanıqlı və təkrar emal edilə bilən alüminium qablaşdırmalardan istifadə üstünlük təşkil etməyə başlayır. Gəlin alüminiumun nə olduğuna və ondan hansı növ qablaşdırmalarda istifadə edilməsinə nəzər salaq.

Mündəricat:

1.   Alüminium qablar və qida qablaşdırmaları nədir?

2. Alüminium qablardan və qida qablaşdırmasından istifadə etməyin üstünlükləri nələrdir?

3. Alüminium qabların və qida qablaşdırmalarının mənfi cəhətləri nələrdir?

4. Alüminium qida qablaşdırma və qablarının müxtəlif növləri hansılardır və onlar nə üçün istifadə olunur?

5. Alüminium ekolojidirmi?


1. Alüminium qablar və qida qablaşdırmaları nədir?

Alüminium qablar və qida qablaşdırmaları getdikcə həm müəssisələr, həm də istehlakçılar tərəfindən üstünlük verilən seçimə çevrilir. Bu növ qablaşdırmalar qida keyfiyyətinin və təhlükəsizliyinin qorunmasına kömək etməklə yanaşı, həm də gələcəkdə daha da davamlı qablardan istifadə imkanı verir.

Artıq qida konteynerləri yalnız xüsusi hallarda istifadə edilməkdən çıxıb gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Hətta uçuş zamanı belə təyyarə göyərtəsində sevdiyiniz yeməklərin alüminium qablarda gətirilmə ehtimalı yüksəkdir.

Alüninium plastik və şüşə qablarla müqayisədə daha yüksək təkrar emal edilmə qabiliyyətinə malikdir. Buna görə də qablaşdırma növləri içərisində brendlər arasında üstünlük verilən materialdır. Plastik və kağızdan fərqli olaraq istənilən qədər təkrar emal edilə bilər. Bununla yanaşı alüminium həm də şüşədən daha yüngül və daha dayanıqlıdır. Çox yönümlü və asan forma verilə bilən, üzvi turşulara dayanıqlı olan bu material, yüksək elektrik keçiricilik qabiliyyətinə malikdir. Yer qabığında ən çox yayılmış elementlərdən biri olan alüminium ondan geniş şəkildə istifadə edilməsinə imkan verir. Bundan əlavə, yüngül material olduğu üçün istehsal xərclərini də azaldır.


2. Alüminium qablardan və qida qablaşdırmasından istifadə etməyin üstünlükləri nələrdir?

Alüminiumun qida qablaşdırması üçün ideal material olmasının bəzi səbəblərinə nəzər salaq.

Təbiətdə geniş yayılması - alüminium Yer qabığında ən çox yayılmış metal olmaqla yanaşı dünyada ən çox yayılmasına görə üçüncü yerdədir. Bu isə özlüyündə, qida və şirniyyat məmulatları qablaşdırmaları, məişət məhsullarının istehsalında istifadə olunan materialların bol ehtiyatı deməkdir. Avropa ildə təxminən 860 min ton alüminium istehsal edir.

Uzunömürlü olması - alüniniumun uzunömürlülüyü korroziyaya davamlı olması ilə daha da artır. Bu, məhsulun rəf ömrünü uzadaraq onu xarab olmaqdan və ətraf mühitin təsirindən qoruyaraq onu qida qablaşdırması üçün ideal material edir.

Ekoloji cəhətdən zərərsiz olması – alüminiumun təkrar emal prosesi əsas istehsal enerjisinin yalnız 5%-dən istifadə edir. Bu da digər materiallarla müqayisədə əhəmiyyətli enerji qənaətinə imkan verir. Alüminiumun təkrar emalı fabrika tullantılarının azaldılmasına gətirib çıxararaq onu ekoloji cəhətdən təmiz material edir.

Çox yönümlü olması - yüngül çəkisi və aşağı ərimə dərəcəsinə baxmayaraq, alüminium olduqca elastikdir. Materialın elastikliyi onu asanlıqla istənilən formalara salınmasına və brendlər tərəfindən cəlbedici olmasına imkan verir. Bununla da alüminium qida və gündəlik məhsul qabları, hətta heyvan qida qabları arasında populyarlıq qazanır.

Yüksək qoruma baryerinin olması - hətta çox nazik folqa qatı belə nəm, işıq və oksigenə qarşı qoruma yaradır. Bu da qablaşdırılmış məhsulun keyfiyyətini, təhlükəsizliyini, dadını olduğu kimi saxlayır və bakterial çirklənmədən qoruyur.

Yüngül çəkiyə malik olması – alüminiumun yüngül olması daşınma xərclərini azaldır ki bu da bəzi digər materiallarda qablaşdırılan məhsullarla müqayisədə avtomobilə daha çox məhsulun yüklənməsinə imkan verir. Hətta çox nazik qat belə qablaşdırma materiallarının çəkisini daha da azaldaraq qida bütövlüyünü qoruyur.

Bakteriyaların çoxalmasının qarşısını ala bilir - plastik və köpüklü qablaşdırmalarda sağlamlığınız üçün təhlükə yarada biləcək müxtəlif bakteriyalar ola bilər. Alüminium qablar suya davamlı olduğu və məsaməli olmadığı üçün yeməklərinizi bu zərərli mikroblardan qoruyaraq onları bakteriya və kiflərə qarşı davamlı edir. İstənilən qida, keyfiyyət və təravətininin qoruyub saxlanılması baxımından rahatlıqla alüminium qablarda qablaşdırıla bilər.

Qoxuları keçirmir - alüminium qablardan istifadənin digər üstünlüyü onların qidalara heç bir zərər vermədən, onların dadını və təravətini qoruyaraq qoxuları keçirməməsidir. Bu qablar gigiyenikdir və qidaları işıqdan, ultrabənövşəyi şüalardan, yağlardan, oksigendən və mikroorqanizmlərdən qoruyur.

Qida və içkilərin alüminium qablaşdırmada saxlanması onların temperaturunu qoryub saxlayır ki bu da onları tez xarab olmaqdan qoruyur.

Alüminium folqa aşağıdakı məhsulların istehsalı üçün idealdır:

• Çay və kofe

• İçkilər

• Qəlyanaltılar və krakerlər

• Konsentratlı şorba

• Cem

• Kolbasa

• Hazır yeməklər və konservlər

• Uşaq qidaları


3. Alüminium qabların və qida qablaşdırmalarının mənfi cəhətləri nələrdir?

Müsbət cəhətlərinin çox olması ilə yanaşı, alüminium qablaşdırmaların bəzi çatışmazlıqları da var. Alüminiumun əsas çatışmazlığı, onun polad və dəmir kimi digər metallarla müqayisədə nisbətən baha olmasıdır. Bundan əlavə, alüminium yüksək temperaturda və ani temperatur dəyişikliklərində kövrək ola bilər ki, bu da mehsulun strukturunun pozulmasına gətirib çıxara bilər.

Yüksək elektrik keçiricilik qabiliyyətinə görə, alüminium elektrik layihələrində istifadə edildikdə əlavə izolyasiya tələb edə bilər.

Alüminiumla bağlı digər problem isə onun istehsalı üçün tələb olunan enerji miqdarı və ekoloji cəhətdən təhlükəli tullantıların nəzarətsiz buraxılmasıdır. Təkrar emal edilmiş alüminiumun enerji istehlakı xam məhsullarla müqayisədə 95%-ə qədər azaldıla bilər.


4. Alüminium qida qablaşdırma və qablarının müxtəlif növləri hansılardır və onlar nə üçün istifadə olunur?

Növ #1

Alüminium qablar - alüminium istilik izolyatoru, elastik və təkrar emal edilə bilən material kimi keyfiyyətlərinə görə qida qablaşdırmaları üçün ideal seçimdir. Bundan əlavə, bu qablar qoxu keçirmir, nəmə davamlıdır, bişirmədə, qril üçün istifadə edilə bilər.

Növ #2

Alüminium folqa - alüminium folqa çox yönümlüdür və gündəlik həyatımızda bişirmədə, gümüş qabları cilalamaqda tez-tez istifadə olunur.

Növ #3

Alüminium qab qapaqları - qidaların qablaşdırılması və daşınmasında bu qapaqlar olduqca əlverişlidir. Onlar həmçinin restoran və kafelərdə alüminium qabları örtmək üçün istifadə edilir. Bu qapaqlar yağa davamlıdır, qidaları oksigendən və nəmdən qoruyur.


5. Alüminium ekolojidirmi?

Bir çox digər materiallarla müqayisədə alüminiumun ətraf mühitə təsiri plastikdən əhəmiyyətli dərəcədə az zərər verir. Alüminium istənilən qədər təkrar emal edilə bilər ki, bu da yeni alüminium istehsalı üçün tələb olunan enerjinin 90% azalması ilə nəticələnir. Təbiətdə tamamilə parçalanması üçün 200 ilə 500 il vaxt lazımdır.

Yaşıl metal kimi də tanınan alüminium ekoloji cəhətdən ən təmiz metallardan biridir. Ətraf mühitə təsirini azaldan xüsusiyyətlərinə görə bu materialdan daha zərərli materialların yerinə istifadə edilə bilər.

Meşələrin qırılmasını minimuma endirmək üçün yaşayış binalarının tikintisi zamanı taxta əvəzinə 74% daha çox alüminiumdan istifadə olunur. Bundan əlavə, alüminium ağacdan daha az qulluq tələb edir.


Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız