Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Birdəfəlik kraft qablaşdırmalar və onlara tələbatın artması.

Birdəfəlik kraft qablaşdırmalar və onlara tələbatın artması.

Birdəfəlik kraft qablaşdırmalar və onlara tələbatın artması.

Təbiətin qorunması və təmiz saxlanılması günümüzün ən vacib məsələlərindən birinə çevrilmişdir. Gələcək nəsillərin daha sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün atılan addımlardan biri də gündəlik həyatımızda istifadə etdiyimiz qida qablaşdırmalarının ətraf mühitə zərərli təsirini azaltmaqdır. Hazırda istehlakçılar və müəssisələr bu məsələ ilə bağlı bəzi addımlar ataraq istifadə etdiyimiz qablaşdırmaların təbiətə zərərini minimuma endirməyə çalışır.


Mündəricat:  

 1. Kraft karton nədir?

 2. Kraft kartondan hazırlanmış qablaşdırmalardan istifadənin üstünlükləri nələrdir?

 3. Kraft kartondan hazırlanmış qablaşdırmaların mənfi cəhəti nələrdir?


1) Kraft karton nədir?

Kraft karton yenilənə bilən ağac selülozundan əldə edilir. Kraft karton kağız materialları arasında ən dayanıqlı kağız materialıdır. Bu mateiral yalnız dayanıqlı deyil, həm də yüngüldür və rahat daşına bilir. Bu da öz növbəsində onu digər materiallardan daha üstün edir. Ümümiyyətlə plastikdən kağıza keçid dövrü son bir neçə ildir ki aktiv sürətdə davam edir. Artıq 70-dən çox ölkə plastik torbaların və qablaşdırmaların qidalar üçün istifadəsinə tam və ya qismən qadağa tətbiq edib. Plastikdən istifadəni azaltmaqa sövq edən təsirli hadisələrdən biri ilk dəfə 1971-ci ildə Yer Günündə televiziyada yayımlanmış “Keep America Beautiful: The Crying Indian” adlı video çarx idi. Videoda Yerli amerikalı (hindu) paltarı geyinmiş bir insan qayıqda dayanıb ətraf mühitin çirklənməsini görüb kədərlənir və insanları ətraf mühitin çirklənməsinə qarşı mübarizəyə səsləyir. Əsas məqsədi tullantı artımına son qoymaq və insanları tullantıların təkrar emala təşviq etmək olan bu sosial maarifləndirmə çarxı, izləyicilərdə uzun müddətli təəssürat yaratmışdır.

Hazırki statistikaya əsasən yenidən emala göndərilən tullantıların cəmi 9%-dən "müsbət" nəticə əldə olunub.

Bütün bu amilləri nəzərə alaraq, hazırda bir çox dünya ölkələri ekoloji cəhətdən təmiz olan kraft karton materialından hazırlanmış qablaşdırmaların istehsalına daha çox üstünlük verir.


2) Kraft kartondan hazırlanmış qablaşdırmalardan istifadənin üstünlükləri nələrdir?

Kraft karton qablaşdırmalar bir çox üstünlüklərinə görə qida sektorunda getdikcə populyar bir seçim halına çevrilir. Gəlin bu üstünlüklərin bəzilərinə birlikdə nəzər salaq:

Ekoloji cəhətdən təmizdir: Kraft qida qablaşdırmasının ən mühüm üstünlüklərindən biri onun ekoloji cəhətdən təmiz olmasıdır. Bundan əlavə bioloji parçalana bildiyinə görə ətraf mühitə heç bir zərərli təsirini yoxdur.

Təkrar emal edilə bilir: Kraft kağızı istifadə edildikdən sonra ondan yeni məhsullar yaratmaq üçün təkrar emal edilə bilər. Kraft qablaşdırmanın təkrar emalı tullantıları azaltmağa kömək edir. Bu da resurslara qənaət edir və iqtisadiyyata töhfə verir. Digər materiallarla müqayisədə təkrar emal edilə bilən ağac sellülozundan hazırlanması onu daha üstün seçim edir.

Gübrəyə çevrilə bilir: Kraft qablaşdırma istifadə edildikdən sonra üzvi tullantılarla birlikdə gübrəyə çevrilə bilir. Bu da öz növbəsində kənd təsərrüfatı üçün zəngin torpaq yaratmaq imkanı verir.

Qida təhlükəsizliyini təmin edir: Kraft materialının qida qablaşdırması üçün təhlükəsiz olduğu Qida Təhlükəsizliyi təşkilatı tərəfindən təsdiqlənmişdir. Bu material qidanı xarici təsirlərdən qoruyur, tərkibini təzə və istehlak üçün təhlükəsiz saxlayır.

Çox çeşidli olması: Kraft karton ictimai iaşə obyektlərində sendviç, fri, pizza, pide qutuları, salat və sup qabları və s. kimi müxtəlif qida məhsullarının qablaşdırmasında və servis edilməsində geniş istifadə olunur. Onlar müxtəlif ölçülərdə və formalarda (yumru, dördbucaq, kvadrat) olur.

Karbon qazını artmasını azaldır: Plastik material əlverişlidir və çox dayanıqlıdır. Bu materialdan illər ərzində istifadə etməyimizin əsas səbəblərindən biri də budur. Lakin dünya ekoloji problemlərlə üzləşdikcə istehsalçılar və bizneslər daha az zərərli alternativə keçid etməyə başladılar. Buna nümünə olaraq kraft karton materialını göstərmək olar. Yenilənə bilən və bioloji parçalana bilən material olaraq, kraft karton digər materiallarla müqayisədə istehsal zamanı havaya daha az karbon qazı buraxılmasına səbəb olur. Bu materiala üstünlük verilməsi istixana qazlarının azaldılmasına və iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verir.


3) Kraft kartondan hazırlanmış qablaşdırmaların mənfi cəhəti nələrdir?

Üstünlükləri olduğu kimi kraft qablaşdırmaların mənfi cəhətləri də var. Onlardan biri tez alışan materialı olduğundan asanlıqla alovlanıb yana bilər.Digər mənfi cəhəti isə yumşaq materiala sahib olduğundan qablaşdırmaların asanlıqla gəmiricilərin hədəfinə çevrilə bilməsidir. Suya qarşı dayanıqsız olması da onun mənfi cəhətlərindən biridir. Kraft karton materialından hazırlanmış qablaşdırmalar sudan kənar tutulmalıdır.


Kraft materialdan hazırlanmış qablaşdırmalar qidaları xarici təsirlərdən qoruyub, onları təzə və təravətli saxlamaqla yanaşı həm də onların  və daşınmasını asalnaşdır. Buna görə də ondan iaişə sektorunda qida məhsullarının qablaşdırılmasında  geniş istifadə edilir. Ümumiyyətlə, kraft qida qablaşdırmaları, yeməklərini rahat və ekoloji cəhətdən təmiz şəkildə təqdim etmək və onları çatdırmaq istəyən müəssisələr üçün çox praktik və əla seçimdir.

Qeyd etmək vacibdir ki, kraft qida qablaşdırmaları mikrodalğalı sobada istifadə üçün uyğundur.

Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız