Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Birdəfəlik plastik qablaşdırmalar və onların həyatımızdakı rolu.

Birdəfəlik plastik qablaşdırmalar və onların həyatımızdakı rolu.

Birdəfəlik plastik qablaşdırmalar və onların həyatımızdakı rolu.

Birdəfəlik plastik qida qablaşdırmalarına boşqablar, yemək qutuları, stəkanlar, qapaqlar, mətbəx ləvazimatları və s. növ qablar daxildir. Bu qablaşdırmalar hazır qidaların daşınması, saxlanması və istifadəsi üçün nəzərdə tutulub. Birdəfəlik qida qablaşdırmalarına fast food və takeaway (özü ilə aparma) restoranlarında və iaşə müəssisələrində tez-tez rast gəlinir.


Mündəricat:


  1. Birdəfəlik plastik nədir?
  2. Birdəfəlik plastik qablaşdırma nə üçün istifadə olunur və hansı materiallardan hazırlanır?
  3. Birdəfəlik plastik qablaşdırmalardan istifadənin üstünlükləri nələrdir?
  4. Birdəfəlik plastik qablaşdırmaların alternativləri hansılardır?
  5. Birdəfəlik plastik qablaşdırmaların ətraf mühitə nə kimi təsirləri var?


1. Birdəfəlik plastik nədir?

Birdəfəlik plastiklər fosil yanacaq əsaslı kimyəvi maddələrdən hazırlanan məhsullardır. Buna görə də bu qablar istifadə edildikdən sonra atılmalıdır.

Birdəfəlik plastik qablar, əşyaları təhlükəsiz şəkildə qorumaq, saxlamaq və daşımaq üçün hər gün istifadə etdiyimiz qablaşdırma növüdür. Biz onlardan gündəlik həyatımızda qida və içki saxlamaq kimi bir çox şeylər üçün istifadə edirik.


2. Birdəfəlik plastik qablaşdırma nə üçün istifadə olunur və hansı materiallardan hazırlanır?

Birdəfəlik plastik qablaşdırmalar yerli iaşə obyektlərində yeməklərin servisi və çatdırılmasında istifadə olunur. Bu növ qablar adətən Polistirol (PS) və Polipropilen (PP) kimi plastik materiallardan hazırlanır.

Plastik qablaşdırmaların istehsalında istifadə olunan bəzi əsas materiallara PET, Polistirol (PS), Polipropilen (PP) kimi materialları nümünə çəkmək olar.


PET: Nisbətən çox istifadə olunan plastik növüdür. Yüngül, dayanıqlı və şəffaf olması ilə yanaşı qida qablaşdırılmasında da geniş istifadə edilir. Demək olar ki, bütün ərzaq mağazalarında PET plastiklərə rast gəlinir. İçkilərin, dərmanların, təmizləyici məhsulların qablaşdırılmasında istifadə olunur və qabın içərisinə havanın daxil olmasının qarşısını alaraq məhsulları qoruyur. PET plastik daha asan təkrar emal oluna bilən plastik növlərindən biridir. Bu materialdan hazırlanmış əşyalara içki butulkaları, yemək qabları (yer fıstığı yağı və bal qabları və s.), polyester paltar və ip kimi əşyalar daxildir.

Polistirol (PS): Qida qablaşdırması, takeaway (özü ilə aparma) qablarının və laboratoriya ləvazimatlarının hazırlanmasında istifadə olunan sərt və şəffaf plastik növüdür. Polistiroldan həmçinin bıçaq, boşqab kimi birdəfəlik mətbəx ləvazimatlarının istehsalında da rast gəlmək olur.

Polipropilen (PP): Süd məhsulları üçün butulkalar, meyvə, tərəvəz və ət üçün qablar, oyuncaqlar kimi demək olar ki, bütün birdəfəlik qablar bu materialdan hazırlanır. İsti yeməklərin saxlanması üçün əladır və yüksək temperatura davamlı olduğu olduğuna görə mikrodalğalı sobada istifadəyə də uyğundur. Bu materialdan hazırlanan qablaşdırmalar həmçinin sirop şüşələri kimi davamlı məhsulların istehsalında istifadə olunur.

P.S. Siz müxtəlif növ birdəfəlik plastik qablaşdırmaları sərfəli qiymətə bizdən əldə edə bilərsiniz.


3. Birdəfəlik plastik qablaşdırmalardan istifadənin üstünlükləri nələrdir?

Biz birdəfəlik plastik qablaşdırmalardan qida və məhsullarımızı uzun müddət təzə saxlamaq və qida tullantılarını azaltmaq üçün istifadə edirik. Bu qablar gigiyenik və çox yönlüdür. Həmçinin il boyu daha geniş çeşiddə təzə qidalardan yararlanmağa imkan verməklə yanaşı səhiyyə sahəsində qan kisələri və şprislər kimi tibbi ləvazimatlarının istehsalında da geniş istifadə edilir.


4. Birdəfəlik plastik qablaşdırmaların alternativləri hansılardır?

Uzun müddətdir ki plastik tullantılar gündəlik həyatımızda ən böyük ekoloji problemlərindən birinə çevrilib. Bunu nəzərə alaraq plastikdən istifadəni azaltmaqla təkrar istifadə edə biləcəyimiz karton, taxta, bambuk və s. kimi bir çox başqa materiallardan hazırlanan qablaşdırmalara üstünlük verə bilərik.

Karton: Plastik əvəzləyicisi kimi artıq kartondan hazırlanan qablaşdırmalar daha çox populyarlıq qazanır. Ən əsası bu qablaşdırmalar təkrar emal edilə biləndir. Karton materialdan yemək qutuları və qabları, stəkan, boşqab kimi bir çox qablaşdırmalar hazırlanır. Tullantıları azaltmaq məqsədi ilə artıq bəzi müəssisələr öz məhsullarını kartondan hazırlanan qablarda qablaşdırır. 

Taxta: Bu materialdan bıçaq, çəngəl kimi ekoloji cəhətdən təmiz, birdəfəlik istifadə olunan mətbəx ləvazimatları hazırlanır. Dadsız, qoxusuz və təkrar emal edilə biləndir. Taxtadan hazırlanan məhsullar insan sağlamlığına heç bir zərər vermir. Təkrar emal edilə bilən material kimi taxtadan hazırlanan doğrama lövhələri, təmizləyici fırçalar, mətbəx üçün qablar rahatlıqla plastikdən hazırlanan məhsulları əvəz edə bilər.

Şüşə: Ucuz, təkrar emal edilə və uzun müddət istifadə edilə biləndir. Şüşə, yemək və içkilərlə yanaşı, mürəbbə və turşu kimi qidaların saxlanması üçün də əla seçimdir. Üstəlik, şüşə mikrobları saxlamadığı üçün, onadan hazırlanan qablarda qidaları yenidən qızdırmaq və ya yüksək temperaturda yumaq təhlükəsizdir. Ətraf mühiti qorumaq üçün ekoloji cəhətdən təmiz olan şüşə qablaşdırmalardan istifadə etmək birdəfəlik plastik qablaşdırmaların digər alternativ yoludur.

Bambuk: Süfrə lavazimatları və pipetlər kimi məhsulların hazırlanmasında bu materialdan geniş istifadə olunur. Yüngül, davamlı və parçalana biləndir. Bu materialdan ekoloji cəhətdən təmiz bıçaq, qaşıq kimi mətbəx ləvazimatları, salfetlər və nimçə kimi müxtəlif məhsullar hazırlanılır. Bambuk hava və suyu filterləmək kimi təbii üstünlüyə də malikdir. Uzunömürlü olduğuna və bioloji parçalana bildiyinə görə bu materiallardan hazırlanan məhsullarından istifadə ətraf mühitə heç bir zərər vermir.

PET: Plastik butulkalar adətən PET-dən hazırlanır. Plastikə olan ehitiyacı azaltdığı üçün PET qablaşdırmalar ətraf mühitə daha az zərər verir. Bu materialdan hazırlanan məhsullar təkrar emal edilə bilir. Eyni zamanda bu plastik qablar gigiyenik, dadsız, şəffaf, dayanıqlı və yüngüldür.


5. Birdəfəlik plastik qablaşdırmaların ətraf mühitə nə kimi təsirləri var?

Plastiklərin istehsalı zamanı istifadə olunan kimyəvi maddələr havaya insan sağlamlığına, heyvanlara və ətraf mühitə zərərli olan karbon qazı buraxır. Dünyada külli miqdarda plastik var və biz gündəlik həyatımızda onlardan istifadə etməyə öyrəşdiyimizə görə plastikin zərərli təsiri barədə düşünmürük.

Plastiki təkrar emal etməklə biz çirklənmənin, ən əsası isə yeni plastiklərin istehsalının ətraf mühitə təsirini azaldırıq. Bununla da plastikin okean, dəniz və ya digər arzuolunmaz yerlərə düşməsinin qarşısını almış oluruq. Bu materialdan hazırlanan qablaşdırma ucuzluluq və davamlılıq kimi üstünlüklərinə görə çox geniş istifadə olunur.

Bioloji cəhətdən parçalana bilməyib, getdikcə daha kiçik parçalara - nanohissəciklərə bölündüyünə görə plastik böyük bir problemə çevrilir. Bu hissəciklər torpağa, suya və havaya hopur ki, bu da bizim sağlamlığımız üçün zərərlidir. Biz hər il yüz milyonlarla ton əksəriyyətinin təkrar emal edilə bilmədiyi plastik məhsullar istehsal edirik. Onlar da öz növbəsində zibilliklərdə, dənizlərdə və okeanlarda toplanılır. Plastikdən istifadəni azaltmaq məqsədilə təbiət dostu materiallardan hazırlanan məhsullardan istifadəyə üstünlük verməliyik. Bunun üçün də sağlamlığımıza və təbiətə zərəri olmayan alternativ həll yolları tapmalıyıq.

Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız