Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə AQTİ sahibkarlıq subyektlərini Qida məhsullarının saxlanması və daşınması mövzusunda təlimlərə dəvət edir

AQTİ sahibkarlıq subyektlərini Qida məhsullarının saxlanması və daşınması mövzusunda təlimlərə dəvət edir

AQTİ sahibkarlıq subyektlərini Qida məhsullarının saxlanması və daşınması  mövzusunda təlimlərə dəvət edir

Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə təlimlər davam etdirilir.

Növbəti nəzəri-praktiki təlimin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü əsasında “Qida məhsullarının saxlanması və daşınması” mövzusunda keçirilməsi planlaşdırılıb.

Təlimdə ölkəmizdə qida zəncirinin hər hansı mərhələsində iştirak edən sahibkarlıq subyekt və obyektlərinin əməkdaşlarının aşağıdakı bilik və təcrübələr barədə məlumatlandırılması nəzərdə tutulur:

- qida zəncirinin mərhələləri, qida obyektləri, qida məhsullarının və onların inqrediyentlərinin, ərzaq xammalının, o cümlədən qablaşdırma materiallarının və kimyəvi maddələrin saxlanması və daşınması üçün qaydalar və onların tələbləri, müvafiq qulluq və təmizləmə qaydaları, saxlanma və daşınma prosesləri, saxlanma və daşınmaya dair yerli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə;

- sanitar texniki və sanitar gigiyenik tələblərin müzakirəsi, saxlanma zamanı səthlərə dair tələblər, havalandırma (havanın ventilyasiyası), temperatur rejimi, işıqlandırma, çirkab suların axıdılmasına dair tələblər;

- həşarat və gəmiricilərə qarşı effektiv müdafiənin təmin edilməsi;

- qida məhsullarının saxlanması və daşınması zamanı müşayiətedici sənədlərin təmin edilməsi;

Qida təhlükəsizliyi ilə bağlı saxlanma və daşınmada tətbiq edilməsi vacib olan digər mövzulara da toxunulacaq təlimlə maraqlanan sahibkarlar (012) 565 12 72 (daxili 016) nömrəli telefona zəng edə bilərlər.


Mənbə: AzərbaycanQida Təhlükəsizliyi İnstitutu


Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız