Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Kraft paket nədir? Kraft paketlərdən istifadənin üstünlükləri

Kraft paket nədir? Kraft paketlərdən istifadənin üstünlükləri

Kraft paket nədir? Kraft paketlərdən istifadənin üstünlükləri

Kraft paketlər olduqca populyardır. Cəlbedici eleqant xarici görünüşü ilə daha çox diqqqət cəlb edən bu paketlərə ərzaq mağazalarından tutmuş geyim mağazalarına qədər bir çox yerdə rast gələ bilərsiniz. Bu paketlərin bu qədər popular olmasının səbəbi onların cəlbedici xarici görünüşünün olması və onların ağac sellülozundan hazırlandığından ətraf mühitə zərər verməməsidir. Ağac yarpaqları kimi kraft kağız da bir neçə həftədən sonra selüloz liflərinə çevrilir və yeddi dəfəyə qədər təkrar emal edilə bilər.


Mündəricat:

  1. Kraft paket nədir, nədən hazırlanır və nə üçün istifadə edilir?
  2. Kraft paketlərin növləri hansılardır?
  3. Kraft paketlərdən istifadənin üstünlükləri nələrdir?


1) Kraft paket nədir, nədən hazırlanır və nə üçün istifadə edilir?

Kraft alman dilindən tərcümədə "güclü" mənasına gəlir. Kraft paketlər xüsusi qalın kağızdan hazırlanmış ekoloji cəhətdən təmiz qablaşdırma növü olduğundan ətraf mühitə heç bir zərər vermir. Bundan əlavə, onlar asanlıqla bioloji parçalanır və təkrar emal edilə bilir ki, bu da zibilliklərdə tullantıların toplanmasını azaldır. Bu paketlər ekoloji cəhətdən təmiz olması ilə yanaşı öz dayanıqlığı və möhkəmliyi ilə də seçilir. Kraft kağız paketlər yeməkdən tutmuş hədiyyələrə və suvenirlərə qədər müxtəlif məhsulların daşınmasında istifadə olunur. Yüksək keyfiyyətli kraft kağızdan hazırlandığından bu paketlər daşıdığı məhsulu zədələnmədən və ərtaf mühitin təsirindən qoruyur.

Kraft paketlər nəmə dayanıqlıdır. Yaxşı hava keçiriciliyi qabiliyyətinə görə yüksək temperaturlara rahatlıqla dözür və ən əsası bir dəfədən çox istifadə edilə bilər. Bundan əlavə, onların qiyməti də çox münasibdir.

2) Kraft paketlərin növləri hansılardır?

a) Burğu saplı paketlər: Bu növ paketlərin qulpları da kağızdan hazırlanır və daşıma yükünü artırmaq məqsədi ilə qulpları buruqdur. Burğu saplı paketlər dəb,qida və tibb sahəsində və hədiyyə qablaşdırmasında geniş istifadə olunur.

b)  Düz saplı paketlər: Bu paketlərin qulpları özü ilə eyni materialdan, yəni kağızdan hazırlanır. Düz saplı paketlərin üstünlüyü qiymətinin aşağı olmasındadır. Daha çox dekorativ funksiyaya malik olduqlarından yüngül məhsulların, qidaların daşınması və hədiyyələr üçün uyğundur.

c)  Qulpsuz paketlər: Öz növbəsində bir neçə növə ayrılır:

- V şəkilli kraft paket - Bu paketlər daha çox çörək, un məmulatları, sendviçlər və yüngül (ədviyyatlar, çay, kofe) s. kimi məhsullarının daşınılması və qablaşdırılması üçün uyğundur.

Dibi düzbucaqlı kraft paket - Yüksək davamlılığı, tutumu, çox yönlü olması ilə seçilir. Daha çox qida məhsulları, zərgərlik, çap və hədiyyəlik məhsulların qablaşdırılması və daşınmasında, o cümlədən HoReCa sahəsində geniş istifadə olunur.

Qulpsuz pəncərəli kraft paket - Müştəriyə paketi açmadan içindəkiləri görmə imkan verən rahat qida paket növüdür.

-  Kilitli paket (Doypak) – Hava buraxmadığı üçün qurudulmuş qidaların (keks, konfet, kofe və çay daxil olmaqla) bu növ paketlərdə saxlanılması daha uyğundur. Əksər istehlakçılar bir çox qidaları ətraf mühitin təsirindən, toz və bir çox başqa faktorlardan qorumaq üçün nəzərdə tutulmuş bu zərif dizaynlı paketlərdən istifadə etməyə üstünlük verir.

3) Kraft paketlərdən istifadənin üstünlükləri nələrdir?

Plastik tullantılarla bağlı artan problemləri azaltmaq ehtiyacı, kraft kağız paketlərə olan tələbatı günü gündən artırır. Təbii, yenilənə bilən mənbələrdən hazırlanan kraft kağız paketlər onları plastik paketlərə daha yaxşı alternativ edən müxtəlif üstünlüklərə malikdir. Plastik paketlər ətraf mühitin çirklənməsi kimi bir çox problemlərə səbəb olur. Bundan əlavə onları utilizasiya etmək üçün təbiətə və insan sağlamlığına zərər verən ultra bənövşəyi şüalarına ehtiyac var.

Kraft çantaların aşağıdakı kimi üstünlükləri var:

Ekoloji cəhətdən zərərsizdir: Plastik paketlərin ətraf mühitə zərərindən hər birimiz xəbərdarıq. Bunun əksinə kraft paketlər ağac sellülozu kimi təbii, bərpa olunan mənbələrdən hazırlanır. Qablaşdırma və məhsullarınızın daşınması üçün ideal seçim olan kraft kağız paketlər ekoloji cəhətdən təmiz və zərərsizdir.

Təkrar emal edilə və bioloji parçalana biləndir: Kraft paketlərdən istifadə etməyin ən böyük üstünlüklərindən biri onların təkrar emal edilə və bioloji parçalana bilməsidir. Bu o deməkdir ki, bu paketlər heç bir zəhərli qalıq qoymadan gübrəyə çevrilərək tamamilə yox olur. Həmçinin onlar tullantıları azaldır və təbii resursları qorumağa kömək edir.

Dayanıqlıdır: Kraft paketlər dayanıqlıdır və ərzaq, kitab kimi digər ağır əşyaları daşımaq üçün idealdır.

Çox yönlüdür: Bu paketlərin başqa bir üstünlüyü onların çox yönlü olmasıdır. Onlar fast food yeməklərinin və ərzaqların daşınılması, hədiyyələrin qablaşdırılması kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilər.

 

Kraft paketlər 100% təkrar emal edilə bilər. Kağızın təkrar emalı zamanı atmosferə zəhərli və zərərli qazlar buraxan plastikdən fərqli olaraq kraft paketlər heç bir risk yaratmır.

Kraft paketlərə keçid etməklə, müəsisələr plastiklərin ətraf mühitə vurduğu ziyani azalda bilərlər.



Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız