Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Fast food və Fast food qablaşdırılması haqqında bilməli olduqlarınız: Müsbət və Mənfi cəhətləri .

Fast food və Fast food qablaşdırılması haqqında bilməli olduqlarınız: Müsbət və Mənfi cəhətləri .

Fast food və Fast food qablaşdırılması haqqında bilməli olduqlarınız: Müsbət və Mənfi cəhətləri .

Mündəricat:

  1. Fast food nədir?
  2. Fast food-un insan sağlamlığına hansı mənfi təsirləri var?
  3. Fast food sağlamlığa zərərlidirmi?
  4. Qidalar nə üçün qablaşdırılmalıdır?
  5. Fast food qablaşdırmalarının üstünlükləri və mənfi cəhətləri nələrdir?

Fast food nədir?

Fast food dedikdə adətən restoran və kafe kimi iaşə obyektlərində tez hazırlanaraq təqdim edilən qida növüdür. Bu növ qida həm də ucuz olması ilə məşhurdur. Biz adətən yolda olduğumuz zaman yemək ehtiyacımızı tez bir şəkildə ödəmək üçün fast food qidalarına üstünlük veririk. Günümüzdə bir çox məşhur fast food restoranlar zənciri müxtəlif növ burger, pizza, sendviç kimi tez hazırlanan qidalar servis edir. Bu məşhur fast food zəncirlərinin bəzilərinə nəzər salaq :

- McDonald’s: Əsası 1940-cı ildə Kaliforniyada Richard və Maurice McDonald tərəfindən qoyulmuşdur. McDonald’s günü-gündən yeni ərazilərdə öz şəbəkələrinin sayını artırır. Hazırda 100-dən çox ölkədə 36000-ə yaxın restoranları mövcuddur.

- KFC (Kentucky Fried Chicken): Polkovnik Harland Sanders tərəfindən Amerikanın Kentukki ştatının Louisville şəhərində yaradılan fast food restoranları şəbəkəsidir. Əsasən qızardılmış toyuq servisi üzrə ixtisaslaşıb. 135-dən çox ölkədə təxminən 25.000 restoranı olan KFC-yə dünyanın əksər guşələrində rast gələ bilərsiniz.

- Burger King: Əsas rəqibi McDonald’s olan bu fast food restoranlar şəbəkəsinin 95 ölkədə 14.000-ə yaxın şəbəkəsi var. 1953-cü ildə Florida ştatının Ceksonvil şəhərində James W. McLamore və David Edgerton tərəfindən əsası qoyulmuşdur.

- Starbucks: 1971-ci ildə Seattle- ştatında Jerry Baldwin, Gordon Bowker, və Zev Sieglda tərəfindən yaradılmış bu dünyaca məşhur kofeşop, yüksək keyfiyyətli kofe servisi ilə dünyanın ən məşhur kofeşopuna çevrilmişdir. 2022-ci ilin statistikasına görə dünyanın 65-dən çox ölkəsində 35,771 kofeşopu olan Starbucks-ın 15 milyard dollardan çox gəliri var.

- Domino’s Pizza: Əsası 1960-cı ildə Tom və Cim Monaqan qardaşları tərəfindən qoyulmuşdur. Domino's Pizza 19,800-dən çox mağazanın xidmət göstərdiyi 90-dan çox ölkənin beynəlxalq bazarını əhatə edəcək şəkildə qlobal əhatəsini genişləndirməyə davam edir.

- Pizza Hut: Bir digər məşhur pizza restoranlar şəbəkəsidir. Pizza Hut 1958-ci ildə Amerikanın Kanzas ştatında Dan və Frank Karni qardaşları tərəfindən yaradılıb. Pizza Hut-un 100-dən çox ölkədə 19.000-dən çox restoranı var.


1.  Fast food-un insan sağlamlığına hansı mənfi təsirləri var?

Əslində fast food göründüyündən daha mürəkkəbdir. Bir çox restoran menyularında təhlükəsizlik və ya rahatlıq məqsədilə təbii tərkibi dəyişdirilmiş qidalara rast gəlmək olar. Тərkibi dəyişdirilmiş qidaların tərkibində onların uzun müddət təravətli qalması üçün əlavə edilmiş qatqılar var. Bütün fast-food restoranlarının menyusundakı yeməklərdə adi sudan tutmuş ekzotik qida əlavələrinə (ksantan tozu) qədər minlərlə inqrediyent var. Fast food yeməklərinin əksəriyyəti dondurulmuş, konservləşdirilmiş və ya qurudulmuş məhsullardan hazırlanır və sizə təqdim edilməzdən əvvəl sadəcə qızdırılır.

Fast food inqridiyentlərinin tərkibində insan sağlamlığına zərər verəcək və piylənmə, diabet, ürək-damar xəstəlikləri, hətta xərçəngə səbəb ola biləcək çoxlu duz, şəkər və emal edilmiş kimyəvi maddələr mövcuddur.

Siz yeməklərinizin yalnız sadə inqridiyentlərdən ibarət olduğunu düşünə bilərsiniz. Əslində isə fast foodda bir çox gizli inqrediyentlər gizlənir. Fast food-un tərkibini çox insan bilmir, əsasən də söhbət onun tərkibindəki kimyəvi qatqılardan gedirsə. Fast food məhsullarının çoxuna onların uzun müddət saxlanılması və daha dadlı olması üçün kimyəvi maddələr əlavə olunur. Lakin bu kimyəvi maddələr yeməyin qida keyfiyyətini pozur və hətta sağlamlığınıza zərər verir. Fast food-un tərkibində ola biləcək bəzi zərərli maddələrə duz, limon turşusu, yüksək fruktozalı qarğıdalı siropu, monosodium qlutamat, mal əti dadlandırıcısı, soya yağı, mono- və digliseridlər, kalium bromat, propilen qlikol, kalsium sulfat və fosfat kimi maddələri nümunə göstərmək olar.

Fast food qandakı şəkərə və təzyiqə təsir edir, iltihabı artırır. Uzunmüddət istifadə edildikdə həzm, immunitet, iltihab, ürək problemləri, piylənmə və s. kimi sağlamlıq problemlərə səbəb ola bilər.


2. Fast food sağlamlığa zərərlidirmi?

Fast food çox vaxt yüksək kalorili, yağlı və tərkibinə natrium olduğuna görə qeyri-sağlam qida kimi dəyərləndirilir. Lakin bununla yanaşı sağlam fast food qidaları da mövcuddur. Hər fast food-un mənfi təsiri yoxdur. Sizin evdən kənarda olmağınız sağlam qida yeyə bilməyəcəyiniz mənasına gəlmir. Sağlam qida 500 kaloridən aşağı olan və hər porsiyada 5 q-dan az doymuş yağ olan qida hesab olunur. Fast food zəncirlərinin təklif etdiyi qidalar arasında bu kriteriyalara uyğun olan aşağı kalorili qidalarla da var. Nümunə üçün az kalorili və sağlam qidalardan bir neçəsinə nəzər salaq :

- Izgara toyuq sendviçi: Yüksək kalorili və yağlı qidaların qəbulunu azaltmaq üçün qızardılmış toyuqlu sendviç əvəzinə ızgara toyuq sendviçinə üstünlük verə bilərsiniz.

- Tərəvəzli burger: Bəzi fast food restoranları mal əti burgerindən daha sağlam seçim ola biləcək bitki mənşəli bol proteinli tərəvəzli burgerlər təklif edir.

- Salat: Bir çox fast food restoranlarında kalorisi az və qida maddələri yüksək olan salatlar təklif olunur. Salatlarınız üçün yağ və şəkəri az olan qarnir seçdiyinizə əmin olun.

- Izgara toyuq dürüm: Dürüm, burger və sendviçlərə sağlam alternativ ola bilər. Doyumlu yemək üçün bol tərəvəzli ızgara toyuq dürümünü seçə bilərsiniz.

- Təzə meyvə: Bəzi fast food restoranları əlavə seçim kimi təzə meyvə təklif edir. Bu da gündəlik vitamin dozanızı artırmaq üçün əla seçimdir.


3. Qidalar nə üçün qablaşdırılmalıdır?

Restoranların və fast food müəssisələrinin sayı ildən-ilə artır. Karantin məhdudiyyətləri ilə əlaqədar olaraq takeaway (özü ilə aparma) yeməklərə tələbat artıb. Bu sahədə işin uğuru daha çox qablaşdırma kimi kiçik detallara əsaslanır. Buna görə də bu kimi detallara xüsusi diqqət yetirilməlidir. Gəlin qida qablaşdırmasının nə olduğunu və onun nə üçün önəmli olduğunu müəyyən edək.

Qida qablaşdırması qidanı qorumaq, saxlamaq və təhlükəsiz şəkildə daşınmasını təmin etmək kimi bir çox məqsədlərə xidmət edir. Fast-food restoranları yeməkləri qablaşdırmaq üçün daha çox kağız paketlərdən və kağız və karton qablaşdırmadan istifadə edir. Fast food şəbəkələri, restoranlar kimi iaişə obyektləri qida növündən, qablaşdırma tələblərindən və marketinq ehtiyaclarından asılı olaraq qida məhsulları üçün müxtəlif qablaşdırma materiallarından istifadə edirlər. Ən çox istifadə olunan fast food qablaşdırma materiallarından bəziləri bunlardır:

Kağız əsaslı qablaşdırma: Fast food restoranları burgerlər, sendviçlər, dürümlər, kartof fri və s. daxil olmaqla müxtəlif qida məhsulları üçün kağız əsaslı qablaşdırmadan istifadə edirlər.

Plastik qablaşdırma: Fast food restoranlarında bu qablaşdırmalar qida və içkilərlə yanaşı, sous və ədviyyat kimi məhsullar üçün istifadə olunur.

Köpük qablaşdırma: Bu qablaşdırmalar adətən takeaway (öz ilə aparılan) kimi məhsullar üçün istifadə olunur. Bu qablaşdırmalar yüngül, ucuz olmaqla yanaşı həm də izolyasiyanı təmin edir, ki, bu da yeməyi isti saxlamağa kömək edir.

Alüminium qablaşdırma: Adətən isti yeməklərin qablaşdırılması və öz istiliyini qoruyub saxlaması üçün istifadə olunur. Alüminium yüngül, davamlıdır və hava, nəm və işığa qarşı yaxşı bir maneə yaradır.

Paketlər : Adətən kağız və plastikdən hazırlanır və qidaları qorumaq üçün nəzərdə tutulur. Çips, simit, müxtəlif növ qəlyənaltılar, meyvə və tərəvəz kimi müxtəlif qidaların saxlanılmasında və daşınmasında istifadə edilir.

Qutular: Müxtəlif forma və ölçüləri olan bu qutuları fast food restoranları burger, sendviç, nugget və s kimi bir çox qidaların qablaşdırılmasında və daşınmasıda istifadə edirlər.

Ən çox istifadə edilən qida qablaşdırma materialları kağız və karton qablaşdırmadır. Plastikdən fərqli olaraq kağız və karton ekoloji cəhətdən zərərsiz və plastikdən daha ucuzdur.


4Fast food qablaşdırmalarının üstünlükləri və mənfi cəhətləri nələrdir?

Qida qablaşdırmasının əsas məqsədi qidanın təhlükəsizliyini təmin etmək, onu hava, nəm və hətta işıq kimi xarici amillərdən qorumaqdır.

Qablaşdırmaların həm mənfi, həm də müsbət təsirləri var.

Üstünlükləri:

Qida məhsullarının qorunması: Qablaşdırma məhsulu yad cisimlərdən qoruyur.

Qidaların saxlanılması: Qida qablaşdırmaları qidaların təhülkəsizliyini qorumaqla yanaşı həmçinin onların rəflərdə uzun müddət təhlükəsiz halda saxlanılmasına xidmət etməlidir.

Dayanıqlılıq: Qablaşdırma materialları ekoloji cəhətdən təmiz və bioloji parçalana bilən, dayanıqlı, tullantıları və ətraf mühitə zərərli təsiri azaldacaq şəkildə dizayn edilməlidir.

Mənfi cəhətləri:

Tullantılara səbəb olur: Təkrar emal edilmədikdə və ya düzgün şəkildə istifadə edilmədikdə qida qablaşdırmaları tullantıların artmasına və çirklənməyə səbəb olur.

Ətraf mühitə təsiri: Qablaşdırma tullantıların əhəmiyyətli hissəsini tutur. Bəzi tullantılar təkrar emal edilə bilər. Lakin bir çox material təkrar emal üçün uyğun deyil. Təkrar emal edilmiş məhsul çox vaxt yalnız xüsusi sahələrdə istifadə edilə bilər. Məsələn qida qablaşdırılmalarında istifadə olunmuş bir çox plastik təkrar emal edilsə də yenidən qida qablaşdırılmalarında istifadə edilə bilməz. Bu kimi səbəblərdən məhsul qalıqlar zibilxanalarda yığılıb qalır.


Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız