Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə PET Butulkalar və onların xüsusiyyətləri.

PET Butulkalar və onların xüsusiyyətləri.

PET Butulkalar və onların xüsusiyyətləri.

Təsadüfi deyil ki, PET butulkalar ən çox istifadə edilən qablaşdırmalardan birinə çevrilib. Bu qablar dayanıqlıdır, iqtisadi cəhətdən əlverişlidir və ən əsası təkrar emal edilə bilir. PET butulkalar təkrar emal üçün ən yaxşı xüsusiyyətlərə malik materialdan hazırlanır.


Mündəricat:  

1. PET butulka nədir?

2. PET butulkaların müsbət və mənfi cəhətləri nələrdir?

3. PET-dən istifadə etmək təhlükısizdirmi?

4. PET butulkalardan təkrar istifadə etmək olarmı?

5. Plastikin ətraf mühitə və sağlamlığa təsirləri nələrdir?


1. PET butulka nədir?

​​​​​​​Təsadüfi deyil ki, PET butulkalar ən çox istifadə edilən qablaşdırmalardan birinə çevrilib. Bu qablar dayanıqlıdır, iqtisadi cəhətdən əlverişlidir və ən əsası təkrar emal edilə bilir. PET butulkalar təkrar emal üçün ən yaxşı xüsusiyyətlərə malik materialdan hazırlanır

PET butulkaların ən çox istifadə edilən qablaşdırmalardan birinə çevrilməsi təsadüfi deyil. Onlar dayanıqlı, ucuz, və ən əsası təkrar emal edilə biləndir, PET butulkalar sərinləşdirici və qazsız içkilərin qablaşdırılması üçün üstünlük verilən seçimdir. Qazsız və qazlı su, şirələr, spirtsiz içkilər və s. kimi sərinləşdirici içkilərin təxminən 70%-i PET butulkalarda qablaşdırılır.


2. PET butulkaların müsbət və mənfi cəhətləri nələrdir?

 Bir çox üstünlüklərinə görə həm istehsalçılar, həm də istehlakçılar tərəfindən bu butulkalara üstünlük verilir. Bu üstünlüklərdən bəzilərinə nəzər salaq.

Yüngül çəkilidir: Bu da onların istehsalı və daşınması üçün daha az enerji tələb edir.

Təhlükəsizdir: Qırıldıqda və ya zədələndikdə heç bir təhlükə yaratmır.

Rahatdır: Yüngül olduqları daşınması rahatdır.

Şəffafdır – Bu səbəbdən də qazsız və qazlı su, şirə, süd və ya digər mayelərin qablaşdırılması üçün idealdır.

Təkrar emal edilə biləndir: Yenidən istifadə oluna bilməsi üçün təkrar emal edilə bilər.

Dayanıqlıdır: Təkrar emal edilmiş PET-dən hazırlanır və asanlıqla qırılmır.

Müxtəlif formada və ölçülərdə ola bilirlər: Bu da istehsalçılara rahatlıqla öz brendlərini tanıtmaq imkanı verir.

Tullantıları azaldır: PET butulkaların mayelərin saxlama müddətini uzatmaq qabiliyyətinin olması tullantılarını azaldır.

PET butulkaların əsas üstünlüyü onların daha çox təkrar emal yararlı olan materialdan hazırlanmasıdır. Bununla yanaşı, onların istehsalı üçün daha az enerji, su və xammal tələb olunur. Bu da havaya daha az karbon qazının buraxılmasına gətirib çıxarır. Lakin istehlakçılara PET butulkalardan bir neçə dəfə istifadə etmək tövsiyə edilmir. Əvəzində onların təkrar emal edilməsindən əldə edilən yeni qablardan istifadə etmək tövsiyyə olunur.

PET butulkaların təbiətdə bioloji parçalanması yüz illər çəkə bilər ki, bu da ətraf mühitin çirklənməsinə və canlılar üçün təhlükə yaratmasına səbəb ola bilər. Bu butulkalar bir neçə dəfə emal oluna bilsə də, onlardan yalnız bir dəfə təkrar emal edilənlər istifadə olunur. Bu halda onlar yalnız yuyucu vasitə və ya aqrokimyəvi maddələr kimi sənaye məhsullarınının qablaşdırılmasında istifadə oluna bilərlər.


3. PET-dən istifadə etmək təhlükəsizdirmi?

Ümumilikdə PET "təhlükəsiz" plastik adlanır, çünki qırılmır və qırıldıqda və ya zədələndikdə təhlükə yaratmır. Bəzi plastiklərdən fərqli olaraq, PET-də əhəmiyyətli miqdarda potensial zərər verdiyi bilinən kimyəvi maddə olan Bisfenol-A (BPA) yoxdur.

İdeal olaraq, əlbəttə ki, butulkaları bir dəfə istifadə etdikdən sonra onların üçün nəzərdə tutulmuş xüsusi konteynerlərə atılması daja yaxşıdır. Bu, plastikin təkrar emal ediləcəyinə zəmanət verir. Əgər siz butulkanı təkrar istifadə etmək istəyirsinizsə, o zaman aşağıdakı addımlara diqqət etməyiniz tövsiyyə edilir.

Bir çox digər qablar kimi, PET butulkalarda da bakteriyalar toplana bilər. Bunun qarşısını almaq üçün onları kimyəvi tərkibli vasitələrlə deyil, isti və sabunlu su ilə yumaq daha yaxşıdır. Ən çox da butulkanın boynuna diqqət yetirmək lazımdır. Məhz o hissədə, qapağın bağlandığı birləşmədə bakteriyalar çox qalır. Yuduqdan sonra butulka yaxşıca qurudulmalıdır.

​​​​​​​

4. PET butulkalardan təkrar istifadə etmək olarmı?

Bəzi elmi araşdırmalar eyni qabdan təkrar istifadə etməyin onun içməli su üçün təhlükəli ola biləcəyini göstərir. Butulkanın zərərli maddələrə məruz qalmaması üçün əvvəlcə onun hansı növ plastikdən hazırlandığını bilmək lazımdır. Bununla yanaşı həddindən artıq istiliyə məruz qaldıqda arzuolunmaz kimyəvi reaksiyaya səbəb ola biləcəyindən onu birbaşa günəş şüalarından qorumaq lazımdır.


5. Plastikin ətraf mühitə və sağlamlığa təsiri nələrdir?

PET plastik çirklənməyə səbəb olan materiallardan biridir. PET kimi plastiklər də mikroplastik kimi tanınan hissəciklərə parçalanaraq təkcə okeanlara deyil, həm də körfəzlərə, göllərə və hətta içməli sulara da qarışa bilər. Hesablamalara görə, 2050-ci ilə qədər okeanda balıqdan daha çox plastik olacaq.

Qeyd etdiyimiz kimi plastiklər kiçik hissəciklərə parçalanır, lakin onlar praktiki olaraq heç vaxt yox olmur, çünki neftdən hazırlanan plastiklərin əksəriyyəti bioloji parçalana bilmir.

Bundan əlavə dəniz məhsullarının tərkibində də plastik hissəciklər olduğu aşkar edilib. Bu o deməkdir ki, biz dəniz məhsulları yeyərkən istəmədən plastik parçalarını da qidalarla birlikdə yemiş oluruq.



Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız