Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Plastiklərin növlərinə görə təsnifatı.

Plastiklərin növlərinə görə təsnifatı.

Plastiklərin növlərinə görə təsnifatı.

Plastiklər ətrafımızda hər yerdədir. Onlara evlərimizdə, iş yerlərimizdə, avtomobillərimizdə və hətta geyimlərimizdə rast gəlmək olar. Su butulkaları, daraqlar, içki butulkaları və s. kimi hər gün gördüyümüz və istifadə etdiyimiz əşyaların əksəriyyəti plastikdən hazırlanır. Hər birinin özünə məxsus xüsusiyyətləri və istifadə qaydası olan müxtəlif növ plastiklər var. Lakin, ətraf mühitə təsir baxımından bütün plastiklər eyni şəkildə istehsal olunmur. Bəzi plastiklərin təkrar emal edilməsi digərlərinə nisbətən daha asandır. Bəzi plastiklər isə təkrar emal edilə bilmir və onların okeanalarda, dənizlərdə toplanma ehtimalı daha yüksəkdir. Plastik növlərini ayrıd edə bilmək və onları səciyyələndirən kodlarını bilmək, sizə onlardan istfadə etməyə və bir birindən fərqləndirməyə kömək edəcək. Bu, həmçinin plastik qabların emal prosesini asanlaşdırır.

Plastik ucuz və dayanıqlı olduğu üçün çox populyardır. Lakin, bu üstünlüklərin mənfi cəhətləri də var. Plastiklərin təbiətdə parçalanması onilliklər çəkir. Bu o deməkdir ki, indiyə qədər yaradılmış hər bir plastik parçası bu gün hələ də hansısa formada istifadə olunur. Onların əksəriyyəti bərpa olunmayan mənbə olan neftdən hazırlanır. Siz məhsulun qablaşdırmasına əsasən daha az zərərli və ya toksik olmayan plastik qablaşdırma növünü seçə bilərsiniz. Belə ki qablaşdırmaların alt, yan və ya yuxarı hissəsində təkrar emal simvolu və onun içərisində 1-dən 7-ə qədər dəyişən rəqəm qeyd olunur. Bu rəqəmlər bazarda mövcud olan yeddi əsas müxtəlif plastik növünü təmsil edir. Bu simvolları hər il istehsal olunan su butulkaları, idman avadanlıqları, tibbi avadanlıqlar və bir çox gündəlik həyatımızda istifadə etdiyimiz digər 299 milyon ton plastik qabların üzərində tapmaq olar. Bəzi plastikləri təkrar emal etmək digərlərinə nisbətən daha asandır; bəziləri digərlərinə nisbətən daha az zərərli və ekoloji cəhətdən daha təmizdir.

Plastiklərin identifikasıya kodları hansılardır və onlar hansı növ qablaşdırmalarda istifadə olunur?

Ən çox istifadə edilən plastik identifikasiya kodları aşağıdakı kimidir:

1)   Polietilen tereftalat (PETE və ya PET)

2)   Yüksək Sıxlıqlı Polietilen (HDPE)

3)   Polivinilxlorid (PVC)

4)   Aşağı Sıxlıqlı Polietilen (LDPE)

5)   Polipropilen (PP)

6)   Polistirol və ya strafor (PS)

7)   Digər plastiklər (O/Other) (məsələn: polikarbonat, polilaktid, akril, akrilonitril butadien, stirol, fiberoptik və neylon)


1) Polietilen tereftalat (PET və ya bəzən PETE) - Ən çox rast gəlinən plastik növlərindən biri PET-dir. Plastik qabların üzərində 1 rəqəmi ilə göstərilir. Dayanıqlı, yüngül və adətən şəffafdırlar. PET tez-tez su və şirə butulkaları, duru yağ butulkaları (günəbaxan, zeytun yağı) daxil olmaqla bir sıra digər qida qablaşdırmalarının istehsalında istifadə olunur. Bundan əlavə, bu plastik növündən polyester kimi sintetik liflər də hazırlanır. PET-i təkrar emal etmək asandır. Əlavə olaraq təkrar emal edilmiş PET-dən qida qablaşdırmasında, xalça və geyim kimi əşyaların istehsalında da istifadə olunur. Bəzən məhsulun üzərində rPET kimi qeyd olunur. Bu onun plastik butulkaların təkrar emalı nəticəsində hazırlanmış məhsul olduğunu bildirir. PET plastikin yalnız 25%-i təkrar emal olunur.

2) Yüksək sıxlıqlı polietilen (HDPE) - Dünyada ən çox istifadə edilən plastikdir. Məhsul üzərində 2 rəqəmi ilə göstərilir. HDPE üç növdə olur: yüksək sıxlıqlı, aşağı sıxlıqlı və xətti aşağı sıxlıqlı. Ən dayanıqlı növü HDPE-dir. Plastikin bu növündən adətən qida qablaşdırması, süd butulkaları, şampun və sabun qabları, ərzaq paketləri, zibil torbaları, motor yağı qabları və bəzi oyuncaqların istehsalında istifadə olunur. HDPE şəffaf deyil. Digər plastiklərlə müqayisədə kimyəvi maddələrin qida və ya içkilərə qarışma şansı daha azdır. Bu plastik sağlamlıq üçün risksiz kimi qəbul edilir. Yüksək istiyə və soyuğa məruz qaldıqda patçalanmadığı üçün digər plastik növləri ilə müqayisədə daha çox təkrar emal edilir. Hər il HDPE plastikin yalnız 12%-i təkrar emal edilir.

3) Polivinilxlorid (PVC və ya V) - PVC yüksək dayanıqlı və hər hava şəraitinə dözümlü olduğuna görə ondan inşaat sektorunda və tikintidə geniş istifadə olunur. Məhsul üzərində 3 rəqəmi ilə göstərilir. Plastikin bu növündən qida paketlənməsi, yemək yağı butulkaları, santexnika boruları, duş pərdələri, pəncərə çərçivələri, kredit kartları, şişmə döşəklər və bəzi qida qablaşdırmalarının istehsalında istifadə edilir. PVC hər şəraitə dayanıqlı və yüngüldür ki, bu da tikinti sektorunda ondan geniş istifadə imkanı verir.

Kimyəvi maddələrə dayanıqlı olduğu və elektrik cərəyanı keçirməməsinə görə bu plastik materialdan naqil və kabellərin istehsalında istifadə olunur. Bundan əlavə mikroblara qarşı dayanıqlı olduğundan təmizlənməni asanlaşdırmaqla infeksiyaların yayılmasının qarşısını aldığına görə PVC-dən tibbi sahədə də müxtəlif məqsədlər üçün istifadə olunur. PVC ən az təkrar emal olunan materiallardan biridir. Hər il bu plastiklərin plastikin 1%-dən az hissəsi təkrar emal olunur. 

4) Aşağı sıxlıqlı polietilen (LDPE) - Öz üstünlükləri ilə HDPE-nin daha yumşaq və daha aydın formasıdır. adətən şirə və süd qutularında, həmçinin plastik torbalarda, qida və çörək paketlərində, və qablaşdırma üçün plastik örtük kimi istifadə olunur. Məhsul üzərində 4 rəqəmi ilə göstərilir. LDPE-nin təkrar emalı sizə zibil torbaları, döşəmə plitələri və zərflər kimi yeni əşyalar yaratmağa imkan verir. Təəssüf ki, bu tip plastiki təkrar emal etmək çətindir. LDPE qablaşdırma və qablar bütün plastik tullantıların təxminən 56%-ni təşkil edir. Artıq bir çox təkrar emal etmə aparatları bu məhsulları emal etməyə uyğunlaşır. Bu o deməkdir ki, daha az LDPE zibilxanalarda toplanacaq və ətraf mühitə zərər verməyəcək.

5) Polipropilen (PP) – Bir çox digər plastik növlərindən fərqli olaraq isti qidalara davamlı olduğundan qida saxlama və qablaşdırmasında istifadə etmək üçün ən ideal plastik növüdür. Məhsul üzərində 5 rəqəmi ilə göstərilir. Polipropilen, qablaşdırmalarda ən çox istifadə olunan və kimyəvi cəhətdən zərərsiz və dayanıqlı plastikdir. Bu plastiki təkrar emal etməklə ip, xalça və parça kimi yeni əşyaları əldə etmək olar. Qatıq və labne pendir qabları, dərman və sirop butulkaları, ketçup ketçup qabları, mikrodalğalı sobaya uyğun qablar və mətbəx əşyaları kimi plastik qablar polipropilendən hazırlanır. Həmçinin, plastikin bu növünə təkrar istifadə edilə bilən qablarda və bəzi avtomobil hissələrində rast gələmək olar. Polipropilendən hazırlanmış qablar təhlükəli kimyəvi maddələri qida və ya içkilərə sızdırmır. İstiliyə davamlı olduğu və mikrodalğalı sobada deformasiyaya məruz qalmadığına görə mikrodalğalı soba üçün təhlükəsiz sayılır. Lakin, bu mikrodalğalı sobada qızdırılmış yeməyin sizin sağlamlığınız üçün təhlükə yaratmayacağı mənasına gəlmir. Plastik əvəzinə şüşə qablardan istifadə etmək daha yaxşıdır. Mikrodalğalı sobaya qoymadığınız müddətcə polipropilen təhlükəsiz plastik hesab edilir.

Ən çox istifadə edilən plastik qablaşdırma materiallarından biri olmasına baxmayaraq polipropilen -nin yalnız 1%-i təkrar emala yararlıdır. Bu o deməkdir ki, bu plastikin əksəriyyəti zibilxanalarda toplanılır. Onların parçalanması 20-30 il çəkir.

6) Polistirol (PS) - Həmçinin köpük polisterolu kimi də tanınan bu plastik növü geniş çeşidli istehlak məhsullarının istehsalında istifadə edilir. Məhsul üzərində 6 rəqəmi ilə göstərilir. Bərk olduğundan laboratoriya avadanlığı və qida qablaşdırması kimi sahələrdə şəffaflıq tələb edən məhsullarda da polistiroldan istifadə olunur. Bununla yanaşı yumurta qabları, birdəfəlik stəkanlar və kasalar da plastikin bu növündən hazırlanır. Təkrar emal edilə bilməsinə baxmayaraq, polistirolun tez-tez təkrar emalı onun bəzi vacib xüsusiyyətlərin itirilməsi ilə nəticələnə bilər. Əgər təkrar emal olunmazsa, təbiətdə parçalanması yüz illər çəkir.

7) Digər Plastiklər (O/Other) - Yuxarıdakı kateqoriyalardan birinə uyğun gəlməyən istənilən plastiklər "DİGƏR" kateqoriyasına aid edilir. Məsələn, yüksək toksinli BPA, neylon (PA), polikarbonat (PC), polilaktid (PL), akril (AB), akrilonitril butadien (AB), stirol (SR) və fiberoptik (PA). Diş fırçaları, düymələr və plastik ərzaq paketləri kimi əşyalar bu materiallardan hazırlanır. BPA məhsullarının çoxu bu kateqoriyaya aid olduğundan onlardan istifadədən qaçınmaq daha yaxşıdır. Bu plastiklərdən hazırlanmış məhsullar, qabların üzərində 7 rəqəmi ilə göstərilir. Yanan zaman onlar təhlükəli kimyəvi maddələr buraxa bilər. Yüksək temperaturlara məruz qalmadıqca, bu plastikləri istehsal olunduqdan sonra parçalanmaq çətindir, yəni onları təkrar emal etmək demək olar ki, qeyri-mümkündür.


Bəzi plastiklər təhlükəli ola bilsə də, bu o demək deyil ki, siz bütün su butulkalarınızı, qida qablarınızı və digər gündəlik istifadə etdiyiniz məhsulları atmalısınız. Aşağıdakı addımları izləməklə plastikinizi təhlükəsiz şəkildə istifadə edə bilərsiniz.

* Plastik qablarda olan qidaların qızdırılmasından qaçının.

* Plastiklərinizi yumaq üçün yumşaq yuyucu vasitələrdən istifadə edin.

* Mümkün olduqca şüşə qablara üstünlük verin.

Sonda onu qeyd etmək lazımdır ki, 2, 4 və 5-ci kateqoriyalara aid olan məhsullar təhlükəsiz plastiklər hesab olunur. Mikrodalğalı soba üçün təhlükəsiz olsa da onları mikrodalğalı sobada istifadə etməməyə diqqət yetirin. 7 kateqoriyasına aid olan plastikləri xüsusilə qida və içki qablaşdırmalarında həddindən artıq ehtiyatla istifadə edilməlidir.


Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız