Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Soyuq içkilər üçün nəzərdə tutulmuş stəkanların xüsusiyyətləri.

Soyuq içkilər üçün nəzərdə tutulmuş stəkanların xüsusiyyətləri.

Soyuq içkilər üçün nəzərdə tutulmuş stəkanların xüsusiyyətləri.

Bu gün xidmət sektorunu kağız stəkanlarsız təsəvvür etmək mümkün deyil. Onlardan Fast food restoranlarında, kafelərdə, kofeşoplarda, korporativ tədbirlərdə, pikniklərdə və bir çox başqa yerlərdə geniş istifadə olunur.

Bəs gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən kağız stəkanlar ilk dəfə nə vaxt və kim tərəfindən hazırlanıb?

Sağlamlıq və gigiyena problemi hər zaman ən vacib məsələrin önündə gəlmişdir. İnsanlar uzun illər xəstəliklərin yayılmasının qarşının alınması üçün müxtəlif həll yolları tapmağa çalışmışdır. Bu yollardan biri də birdəfəlik qabların istehsal edilməsinə duyulan ehtiyac idi. Belə ki, bir çox xəstəliklər məhz müştərək istifadə olunan qablar vasitəsi yayılırdı. Bunun qarşısını almaq üçün birdəfəlik qablara ehtiyac var idi. 1907-ci ildə ictimai yerlərdə eyni stəkanlardan istifadə edərək xəstəliklərin artmasına səbəb olmasından narahat olan Amerikalı ixtiraçı Lourens Luellen ilk dəfə olaraq birdəfəlik kağız stəkan hazırlamışdır. Bu, insan tarixi üçün atılmış ən böyük addımlardan biri olmuşdur.


Mündəricat:  

 1. Birdəfəlik kağız stəkanlar nə üçün gərəklidir?

 2. Soyuq içkilər üçün nəzərdə tutulmuş birdəfəlik kağız stəkanların xüsusiyyətləri nələrdir?

 3. Soyuq içkilər üçün nəzərdə tutulmuş birdəfəlik kağız stəkanların üstünlükləri nələrdir?

 4. Soyuq içkilər üçün nəzərdə tutulmuş birdəfəlik kağız stəkanların mənfi cəhətləri nələrdir?


 1. Birdəfəlik kağız stəkanlar nə üçün gərəklidir?

İlk öncə bu stəkanlar bizə yuxarıda qeyd etdiyimiz kimi sağlamlığımızı qorumağa və xəstəliklərin yayılmasının qarşısının alınmasına kömək edir. Bununla yanaşı onlar zamanla gündəlik istifadə etdiyimiz bir obyektə çevrlməyə başladı. Artıq biz onları rahatlıqla özümüzlə getdiyimiz bir çox yerə aparırıq. Bu gün milyonlarla stəkan hər birimizin su, kofe, çay kimi isti və soyuq içkilərdən istifadə edə bilməsi üçün istehsal edilir.

Birdəfəlik kağız stəkanlar iki kateqoriyaya bölünür, soyuq və isti içkilər üçün nəzərdə tutulmuş stəkanlar.


2. Soyuq içkilər üçün nəzərdə tutulmuş birdəfəlik kağız stəkanların xüsusiyyətləri nələrdir?

Bügünkü bloqumuzda sizlərə kağız stəkanlar kateqoriyasına aid olan – soyuq içkilər üçün nəzərdə tutulmuş birdəfəlik kağız stəkanlardan danışacağıq.Bu stəkanların istifadə sahəsi genişdir, belə ki, onlar adi sudan tutmuş müxtəlif qazlı və qazsız soyuq içkilər üçün istifadə oluna bilər. Kağız materialından hazırlandığından stəkanlar yüngüldür və bu da sizə onları rahatlıqla özünüzlə daşıma imkanı verir.  

Digər stəkanlardan fərqli olaraq soyuq içkilər üçün nəzərdə tutulmuş kağız stəkanlar daha incə kartondan hazırlanır. Onları nəmdən və kondensasiyadan qorunmaq üçün içərisinə və xaricinə nazik polietilen təbəqə tətbiq edilir.


 3. Soyuq içkilər üçün nəzərdə tutulmuş birdəfəlik kağız stəkanların üstünlükləri nələrdir?

Qeyd etdiyimiz kimi ekoloji cəhətdən təmiz olan kağız materialından hazırlandığı üçün bu stəkanlar insan sağlamlığına heç bir zərər vermir. Gigiyenikdir, daxili və xarici qatı laminasıyalı olduğundan qoxu və ya zərərli maddələr yaymırlar, içkilərin dad xüsusiyyətlərini qoruyur. İncə kartondan hazırlanmasına baxmayaraq uzun müddət öz formalarını saxlayır.


 4. Soyuq içkilər üçün nəzərdə tutulmuş birdəfəlik kağız stəkanların mənfi cəhətləri nələrdir?

 Bu stəkanları isti və spirtli içkilər üçün istifadə etmək olmaz. Bele ki kondensasiyanın qarşısını almaq məqsədi ilə soyuq içkilər üçün nəzərdə tutulmuş stəkanlara tətbiq edilən laminasiya qatı isti maye ilə təmas etdikdə əriyib içkiyə qarışa bilər. Bu da öz növbəsində zəhərlənməyə gətirib çıxara bilər. Eyni səbəbdən bu stəkanlar alkoqollu içkilər üçün də istifadə edilə bilməz. Çünki bu içkilər stəkanın daxilindəki laminasiya qatını əridə bilər.Laminasiyalı olmaları bu stəkanların yenidən emal edilmə prosesini çətinləşdirə bilər.


Ümumilikdə, soyuq içkilər üçün nəzərdə tutulmuş kağız stəkanlar həm istehlakçılar, həm də istehsalçılar üçün əvəzedilməz seçimdir. Onlar bərpa olunan resurslardan və bioloji parçalana bilən materialdan hazırlandığına görə təbiətə zərərli təsirləri azaltmağa kömək edir. Kağız stəkanlar həm də müştəriləri rahatlıq və təhlükəsizliklə təmin edir. Soyuq içkilər üçün nəzərdə tutulmuş kağız stəkanları istifadə etməklə təmiz gələcəyə müsbət təsir göstərə bilərik.

Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız