Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Streç filmlərin növləri, xüsusiyyətləri və tətbiq sahələri.

Streç filmlərin növləri, xüsusiyyətləri və tətbiq sahələri.

Streç filmlərin növləri, xüsusiyyətləri və tətbiq sahələri.

Streç film məişətdə, ticarət və ictimai iaşə sahələrində, istehsalatda məhsul və əşyaların streçlənməsində (bükülməsində), onların zədələnmədən daşınmasında, , və s. geniş istifadə olunan materialdır.

Mündəricat:

1.  Streç filmlərin əsas növləri hansılardır?

2. Streç filmlərdən istifadənin üstünlükləri nələrdir?

3. Streç filmlər hansı sahələrdə istifadə oluna bilər?

4. Qalınlığa görə streç filmlərin növləri hansılardır?

5. Streç filmlərin materialları hansılardır?

6. Streç film ekolojidirmi?


1.  Streç filmlərin əsas növləri hansılardır?

Streç filmlərin əsas iki növü – qida sənaye filmidir. Bu iki növ arasındakı əsas fərq, qida filminin qida məhsullarının bükülməsi üçün nəzərdə tutulmasıdır. Digər streçlər yalnız qutuların, paletlərin, mebellərin, bağlamaların sreçlənməsində (bükülməsində), bir sözlə qeyri-qida sənayesində istifadə üçün nəzərdə tutulub. Həmçinin, bu iki film növü en, sıxlıq və material xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.

Üzərində “Qida üçün” yazılmayan streç, qidalar üçün istifadə edilə bilməz.

Qida streç filmi daha çox məhsulları, qidaların təravətini qorumaq və bişmiş yeməkləri havanın təsiri, toz, nəmdən qorumaq üçün iaşə obyektlərində və gündəlik həyatda geniş istifadə olunur.

 

Qida filminin əsas xüsusiyyətləri:

Yüksək səviyyədə dartılma – elastik olduğundan streç film 70-dən 300%-ə qədər dartıla bilir (uzandıqdan sonra ilkin forma bərpa oluna bilər).

Şəffaflıq – Siz bu şəffaflıq sayəsində bükülən məhsulları rahat şəkildə görə bilərsiniz.

Elektromaqnit dalğalarına və aşağı temperatura müqaviməti sayəsində dondurucuda saxlana bilər.

Sızdırmaz olması qidanın bütün faydalı xüsusiyyələrini və təravətini uzun müddət saxlayaraq bakteriyalara qarşı etibarlı maneə və qorunmanı təmin edir.

Nəm və hava keçirməzliyi.

Turşulara və qələvilərə qarşı müqavimət.

Buxar müqaviməti. Bu xüsusiyyət, ət, kolbasa, kəsmik və bir çox bu kimi yüksək miqdarda nəmlik yarada biləcək məhsulların bükərkən onların kiflənmə ehtimalını azaldır.

 

Sənaye streç filmi - qeyri-qida məhsullarının streçlənməsi (bükülməsi) üçün nəzərdə tutulmuşdur. Germetikdir və hava keçirmir. Bu filmlər ölçüsü və formasından asılı olmayaraq istənilən əşyaların streçlənməsi və kənar təsirlərdən qoruması üçün uyğundur. Üstəlik çox yer tələb etmir. Streç ilə siz ayaqqabı, oyuncaq, çanta və s. kimi uzunmüddətli saxlamaq istədiyiniz əşyaları rahatlıqla bükə bilərsiniz.

Təmir işləri zamanı mənzildən mebel və məişət texnikasını çıxarmaq həmişə mümkün olmur. Bu zaman mebel və məişət texnikasını toz, çirklənmə və ləkələnməkdən qorumaq üçün sənaye streçindən istifadə edilə bilər.

Bundan başqa bu növ streçdən istixanaların quraşdırılmasında da geniş istifadə edilir. Belə ki, bu streç adi polietilendən daha ucuzdur və yırtılmalara daha az meyllidir. Polietilen küləkli havada asanlıqla yırtılır və doluya davamsızdır. Sənaye streçi küləyə dayanıqlıdır, çünki genişlənmə xüsusiyyətinə malikdir və bitkilər üçün təhlükəsizdir.

Sənaye üçün nəzərdə tutulmuş streç filmlər avtomatik streçləmək üçün nəzərdə tutulmuşdur.


2. Streç filmlərdən istifadənin üstünlükləri nələrdir?

Gəlin streç filmlərdən istifadənin bəzi əsas üstünlüklərinə nəzər salaq:

·   Bükdüyü məhsulu kir, toz və nəm kimi ətraf mühitin təsirlərindən qoruyur və məhsulun aydın şəkildə görünməsinə imkan verir.

·   Məhsulun zədələnməsi riskini azaldaraq bağlamalarınızı, karqolarınızı rahat bağlamağa və onların ünvana təhlükəsiz və sabit şəkildə çatdırılmasını təmin edir.

·   Təkrar emal edilə bilər. Streç filmlərin əksəriyyəti ekoloji cəhətdən təmizdir və 100% təkrar emal edilə bilər .

·   Qiyməti münasibdir. Streç film və ondan istifadə etmək üçün lazım olan avadanlıq alternativlərindən daha ucuzdur ki, bu da büdcənizin qənaətinə səbəb ola bilər.


3. Streç filmlər hansı sahələrdə istifadə oluna bilər?

Streç filmlər anbar, mağaza, logistika ilə yanaşı, gündəlik həyatda ərzaq məhsullarını, hazır yeməkləri, dondurulmuş məhsulları streçləmək (bükmək), üçün də istifadə olunur. Siz həmçinin mövsümlük geyim, ayaqqabı, çanta və s. kimi əşyaları streçləyib kənara qoya bilərsiniz.

Streç, məhsulları və əşyaları nəmdən, tozdan, cızıqlardan, xarici təsirlərdən qoruyan və onların bükülməsində istifadə olunan, məhsulun aydın görünməsinə imkan verən qiymətli materialdır.

Yuxarıda sadalananlara əlavə olaraq streç filmhəm də tibbdə, kosmetologiyada və gözəllik salonlarında istifadə olunur.

Streç film çox vaxt polietilendən hazırlanan, son dərəcə nazik elastik plastik materialdır.

Qablaşdırma üsulundan asılı olaraq, streç film iki - manual və avtomatik şəkildə tətbiq olunur. Bu üsullardan manual tətbiq çox vaxt aparır və fiziki güc tələb edir.


4. Qalınlığa görə streç filmlərin növləri hansılardır?

Streç filmlərin əsas istifadə sahəsi onların qalınlığından asılıdır. Bu filmlərin qalınlığı mikronmetrlə ölçülür. 1 mikronmetr (µm) = 0,001 mm. Müqayisə üçün bir insan saçının qalınlığı təxminən 40 µm-dir. Buna əsaslanaraq streç filmi bir neçə növə bölmək olar:

3-11 mikron qida streç filmi. Tərkibində sağlamlığa zərərli maddələr olmayan çox nazik qatdan ibarətdir. Qida məhsullarını bükmək, onları tozdan və nəmdən qorumaq, həmçinin yağın, sousun və s. sızmasının qarşısını almaq üçün istifadə olunur. Film elastik olduğu üçün genişlənə bilir lakin, çox asanlıqla yırtılır.

13-25 mikron - palet filmi. Bütün növ məhsulların streçlənməsi üçün istifadə edilən ən çox yayılmış streç növüdür.

25-60 mikron – sənaye streç filmi. Ağır və iri həcmli malların streçlənməsi üçün istifadə olunur və daşınma zamanı onların stabil qalmasını təmin edir. Bu növ streç filmindən həmçinin istixanaların təşkili və fərdi ev təsərrüfatlarında, tikinti və ya təmir zamanı pəncərələrdə şüşənin müvəqqəti əvəzi olunmasında istifadə olunur.

(Mənbə: https://bit.ly/3oPsphP)


5. Streç filmlərin materialları hansılardır?

Polietilen - zəhərli olmayan bu material qida sənayesində və gündəlik həyatda qida, dərman, fərdi qulluq vasitələri və s. paketlənməsi və bükülməsi üçün istifadə edilir.

Polivinilxlorid (PVC) - yüksək səviyyəli hamarlığa malik elastik və dayanıqlı material, malların daşınması zamanı onları zədələnmələrdən qorumaq üçün və paletlərin streçlənməsində istifadə olunur. Bu növ streç filmin qida məhsulları ilə birbaşa təması arzuolunmazdır, belə ki, tərkibində məhsulların daha sıx və stabil qalması üçün yapışqanlığını artıran kimyəvi əlavələr mövcuddur.

Polistirol və kopolimerlər (EVA) - Aşağı şəffaflığa və yüksək sıxlığa malik etibarlı bu material, paletdə ağır yüklərin tənzimlənməsini və stabil qalmasını təmin edir. Çox vaxt bu materialdan hazırlanmış filmlər tamamilə təkrar emal edilmiş materiallardan hazırlanır.


6. Streç film ekolojidirmi?

Streç filmlər bir çox sənaye sahələrində istifadə olunsa da, onların ətraf mühitə uyğunluğu bir neçə faktorla müəyyən edilir. Təkrar emal edilə bilən streç film tullantıları və yeni plastik materiallara olan tələbatı azaltmağa kömək edir. Streç film istehsalı əsasən fosil yanacaq enerjisi tələb edir. Bu, ekoloji problemləri daha da kəskinləşdirərək istixana qazlarının artmasına gətirib çıxarır. Streç filmləri ekoloji cəhətdən daha təmiz variantlarla əvəz etmək olar. Artıq bir neçə müəssisə şəkər qamışı və ya qarğıdalı nişastasınıdan istifadə edərək bio-əsaslı filmlər istehsal etməyə başlayıb. Bu filmlər bioloji parçalana bilən və təkrar emal edilə biləndir.

 

Yekun olaraq streç filmlərin müxtəlif sənaye sahələrində əvəzolunmaz və mühüm alətə çevrildiyini qeyd edə bilərik. Belə ki, streç əşyaları və məhsulları təhlükəsiz və effektiv şəkildə streçləyib (büküb) qorumağa imkan verir. Elastikliyi, dayanıqlığı və sərfəliliyi onu qablaşdırma üçün ideal seçim edir. Bununla belə, ətraf mühitə təsiri nəzərə almaq və tullantıları minimuma endirmək üçün daima alternativlər axtarmaq vacibdir.

Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız