Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Birdəfəlik qablarşdırmaların ətraf mühitin qorunmasında rolu

Birdəfəlik qablarşdırmaların ətraf mühitin qorunmasında rolu

Birdəfəlik qablarşdırmaların ətraf mühitin qorunmasında rolu

Müasir həyatda birdəfəlik qabların istifadəsi, vaxta qənaət, insanlara tez, rahat və zamanında xidmət göstərilməsi baxımından əhəmiyyətli rol oynayır. Bu qabların ən önəmli xüsusiyyəti, kağız və plastikdən hazırlanmış olduğu üçün onlarin qırılmaması, kiçik çəkiyə malik olması və saxlama üçün çox yer tələb etməməsidir. Müxtəlif qida məhsullarını, o cümlədən içki və istehlak məhsullarını saxlamaq və daşımaq üçün nəzərdə tutulmuş bu qabların istifadəsinin böyük bir hissəsi, restoran, fast food zəncirləri, ketrinq və s. kimi iaişə obyektlərinin payına düşür.


Mündəricat:


  1. Birdəfəlik qablar nədir və nə üçün istifadə olunur?
  2. Birdəfəlik qabların istifadəsinin üstünlükləri nələrdir?
  3. Birdəfəlik qabların hazırlanmasında istifadə olunan materiallarının növləri hansılardır?
  4. Birdəfəlik qabların ətraf mühitə və insan orqanizminə təsiri nələrdir?


1. Birdəfəlik qablar nədir və nə üçün istifadə olunur?

 Birdəfəlik qablar əsasən kraft -karton, plastik, köpük və alüminium kimi materiallardan hazırlanan qablaşdırmalardır. Restoran, fast food zəncirləri, ketrinq və s. kimi iaişə obyektlərində istifadə üçün nəzərdə tutulmuş birdəfəlik qablar, müştərilərə tez və səmərəli şəkildə qida və içkilərlə təmin etməyə imkan verir. Birdəfəlik qablardan istifadənin əsas üstünlüyü, vaxta qənaət etməklə yanaşı, ilk növbədə, qida məhsullarının və içkilərin rahat, təhlükəsiz və gigiyenik bir şəkildə daşınmasını təmin etməkdir. Həmçinin bu qabların istifadəsi, vaxta qənaət edərək qab yumaq problemini aradan qaldırır.

 

2. Birdəfəlik qabların istifadəsinin üstünlükləri nələrdir?

 Birdəfəlik qablardan istifadənin üstünlüyü haqda düşünsək, bu qablardan istifadənin bir çox üstünlüyünün olduğunu görərik. Ən əsas üstünlüklərdən biri, onların qida məhsullarının və içkilərin təzə saxlanılmasını, təhlükəsiz və tez bir zamanda daşınmasını asanlaşdırmasıdır. Bir çox restoran və fast food kimi qida müəsisələri birdəfəlik qablardan özü ilə aparma və ünvana çatdırılma xidmətləri üçün nəzərdə tutulmuş qida və içkilərin qablaşdırılmasında istifadə edir.

 

3. Birdəfəlik qabların hazırlanmasında istifadə olunan materiallarının növləri hansılardır?

 Müxtəlif növ qidaların və içkilərin saxlanılması və daşınması üçün nəzərdə tutulmuş birdəfəlik qabların, kraft-karton, polipropilen, polistirol, PET, aliminium, köpüklü, ekoloji və bio materiallardan hazırlanan müxtəlif növləri vardır :

 

 

4. Birdəfəlik qabların ətraf mühitə və insan orqanizminə təsiri nələrdir?

 Birdəfəlik qida qablaşdırmalarının geniş istifadəsi ekologiyaya əhəmiyyətli dərəcədə təsir göstərir. Bu qabların yaratdığı qalıntılar, zibilliklərdə, dəniz və okeanlarda tullantıların yığılması, havanın çirklənməsi, zərərli qazların artması kimi təbiətə və ekosistemə ziyan vuran problemlərə yol açır. Xüsusilə, plastik və köpük kimi materiallardan olan qabların hazırlanmasında istifadə olunan materiallar insan sağlamlığına mənfi təsir göstərir. Bəzi plastik qablarda bisfenol A (BPA) kimi qidaya qarışa həssaslıq və sağlamlıq problemlərə səbəb ola biləcək zərərli kimyəvi maddələr vardır. Bununla yanaşı köpük qabları istilik və ya turşu maddələrə məruz qaldıqda insan və ətraf mühit üçün potensial olaraq təhlükə yarada biləcək zərərli kimyəvi maddələr buraxa bilər. Bunu nəzərə alaraq alternativ kimi, bambuk, parça salfetlər və şüşə materiallardan hazırlanmış, həmçinin, ekoloji və bioloji cəhətdən zərərsiz olan kraft qablaşdırılmalardan istifadəyə üstünlük verilməlidir.

 

 

Artıq təbiətə ziyanı minimuma endirmək və ətraf mühiti qorumağa üstünlük tendensiyası tədricən vərdiş halına çevrilir. Bunun üçün tullantıları çeşidlərə ayırır, geri dönüşümlü qablaşdırmaları təkrar emal edərək tullantıları minimuma endirməyə çalışırıq. Yavaş-yavaş gündəlik həytımızda plastiki əvəz edən və bioloji parçalana bilən materiallardan hazırlanmış qabların istifadəsinə keçid edirik.

Bu da öz növbəsində kraft-katon, bio, ekoloji və bambuk kimi materiallardan hazırlanan qablardan istifadəyə tələbatı artırır. Bundan əlavə, müəssisələr ekoloji cəhətdən təmiz alternativlərə artan tələbatı ödəmək üçün istehlakçılara bioloji parçalana bilən bıçaq, çəngəl, qaşıqlar və geri dönüşümlü qida qabları kimi daha davamlı qablaşdırmalar təklif edirlər.

 

Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız