Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Birdəfəlik Stəkanlar

Birdəfəlik Stəkanlar

Birdəfəlik Stəkanlar

 Son zamanlarda birdəfəlik qablaşdırmaların cəmiyyətimizdə istifadəsi əvəzolunmaz hala çevrilib. Bu qablaşdırmalar soyuq və isti məhsulların, içkilərin saxlanması, qablaşdırılması və daşınması üçün uygun olmaqla yanaşı, vaxta və su israfına qənaət edir. Birdəfəlik qablaşdırmalar praktik, gigiyenik və təhlükəsizdir.

Haqqında danışacağımız birdəfəlik stəkanlar bu qablaşdırmaların növlərindən biri olaraq artıq sürətlə gündəlik həyatımıza inteqrasiya etməklə, həyatımızı asanlaşdırmağa xidmət edir. Birdəfəlik stəkanlar içkilərinizi özünüzlə yola götürmək üçün ideal variantdır. Bu stəkanlar bir çoxumuzun sevimli içkisinə çevrilən kofe, çay kimi isti içkilərlə yanaşı müxtəlif növ soyuq və sərinləşdirici içkilərin istifadəsi üçün nəzərdə tutulub.

 

1. Birdəfəlik stəkanlar nə üçün istifadə olunur və hazırlanmasında istifadə olunan materiallarının növləri?

 Birdəfəlik stəkanlar iaişə obyektlərində, ofislərdə və təhsil müəssisələrinin yeməkxanalarında, ofislərdə çay, kofe, şirə, qazlı su kimi isti və soyuq içkilərin servisi üçün istifadə olunur. Bu stəkanlar rahat və daşına bilən olduğu üçün bizə yolda sevimli içkilərimizən zövq almaq imkanı verir. Ən əsası isə bizləri qab yumaq dərdindən qurtarır. Birdəfəlik stəkanlar kağız, Polipropilen (PP), Polistirol (PS), PET kimi materiallardan hazırlanır.

 

Kağız stəkanlar : Istehsalında istifadə olunan qalın kağız qatı sayəsində kağız stəkanlarda isti içkilər öz istiliyini, soyuq içkilər isə soyuqluğunu qoruyub saxlayır. Bu da öz növbəsində stəkanı əldə tutmağı rahatlaşdırır. İaişə obyektərində servis üçün nəzərdə tutulan kağız stəkanların qoruyucu qapağı içkini lazımı temperaturda saxlamaq imkan verir. Bundan əlavə qoruyucu qapaq mayenin dağılmamasını təmin edir. Kağızdan hazırlanan, çay, kofe, isti şokolad kimi isti və soyuq içkilərin istifadəsi üçün nəzərdə tutulan bu stəkanlar ətraf mühitə zərər vermir. Yalnız ekoloji cəhətdən təmiz materiallardan hazırlandığından, bu birdəfəlik stəkanların təkrar emalı ətraf mühitə zərər vermir. Stəkanların davamlılığını artırmaq üçün onların içərisi daxili laminasiya təbəqəsi ilə örtülür. Bu da stəkanın içərisindəki mayelərin qarışmamasını təmin edir. Nəticədə belə birdəfəlik stəkanlarda istənilən istilikdəki mayeni uzun müddət qorxmadan etibarlı şəkildə saxlamaq olur.

Dizayn xüsusiyyətlərinə görə kağız stəkanlar tək qat və iki qat olmaq üzrə iki kateqoriyaya ayrılır.

Tək qat kağız stəkanlar: Bu kağız stəkanlar soyuq alkoqolsuz içkilər, şirələr, limonadlar, su və süd servisi üçün uyğundur.

İki qat kağız stəkanlar: Bu kağız stəkanlar əksər iaşə obyektlərində əsas qablaşdırmalarından birinə çevrilmişdir. Çay, kofe, isti şokolad kimi temperaturu 80 dərəcədən yuxarı olan içkilərin istifadəsi üçün nəzərdə tutulmuşdur.


Polistirol stəkanlar (PS) : Bu stəkanlara qaynar su tökülə bilməz, belə ki, bu stəkanların tərkibinin bir hissəsi olan polistirol parçalana və mayenin içinə nüfuz edə bilər. Spirtli içkilər də polistirol materialından olan stəkanları parçaldığına görə, bu növ stəkanları da spirtli içkilər üçün istifadə etmək olmaz. Belə birdəfəlik stəkanlar soyuq şirələr, qazlı, alkoqolsuz içkilər, su və digər soyuq içkilər üçün nəzərdə tutulub.

 

Polipropilen stəkanlar (PP) : Həm soyuq, həm də isti içkilər üçün nəzərdə tutulan bu stəkanlara fast food restoranlarında tez-tez rast gəlinir. Bu stəkanlar 40 dərəcədən yüksək temperaturda əriməyə başlayır.


 PET stəkanlar: Smuzi, kokteyl, limonad, meyvə şirələri, qazlı sular kimi soyuq və sərinləşdirici içkilərin istifadəsi üçün nəzərdə tutulub. Bu birdəfəlik qablar həmçinin tərəvəz, meyvə və atışdırmalıqlar üçün də idealdır. PET qablar -60 °C ilə +70 °C arası temperatura dayanıqlıdır. İstəyə uyğun olaraq, bu qablar üçün nəzərdə tutuluş dəliksiz qabarıq qapaq   dəlikli qabarıq qapaqları bizdən əldə edə bilərsiniz

 

2. Birdəfəlik stəkanların istifadəsinin üstünlükləri nələrdir?

Birdəfəlik stəkanlar maye və yağlara davamlıdır, saatlarla orijinal formasını qoruyub saxlayır, təmiz, yüngül və dayanıqlıdır. Bundan əlavə birdəfəlik stəkanlar təkrar emal edilə bilir. Kofeşop, bistrolar, restoranlar və ketrinqlər üçün əla seçimdir.

 

Birdəfəlik plastik stəkanların üstünlükləri:

 

-        Praktik, gigiyenik və təhlükəsizdir.

-        Qab yuyulmasına və su israfına qənaət edir.

-        Sağlamlıq üçün təhlükəsizdir.

-        Yüngüldür və daşınması rahatdır.

-        Soyuq və isti içkilər üçün idealdır qablaşdırmadır.

-        Təkrar emal edilə bilir.

-        Təbiət dostu birdəfəlik stəkanlar daha az zərərli materiallardan hazırlanır.

-        Birdəfəlik stəkanlar qırılmır.

 

 

3. Birdəfəlik stəkanların ətraf mühitə təsiri nələrdir?

Birdəfəlik stəkanların üstünlüklərinin olması ilə yanaşı bəzi stəkanların istehsalında istifadə olunan plastik kimi bəzi materialların ətraf mühitə zərərlərini də vurğulamaq lazımdır.

 

Dünyada hər il təxminən 500 milyard plastik birdəfəlik stəkandan istifadə olunur. Bir dəfə istifadə edildikdən dərhal sonra tullandıqlarına görə bu stəkanlar zibilxanalarda və okeanlarda toplanır və ətraf mühitə zərər verir. Plastik stəkanların təbiətdə parçalanmasının təxminən 500 il çəkdiyini nəzərə alsaq, biz ətraf mühitə uzunmüddətli və geri dönüşü olmayan zərər vurmuş oluruq. Təəssüf ki, bu yeganə problem deyil: Massaçusetts Texniki Universitetinin araşdırmasına görə, hər plastik stəkan təxminən 3,2 qr benzindən hazırlanır. 2050-ci ilə qədər plastik, dünya neft istehlakının 20%-ni təşkil edə bilər.

 

Bütün bu problemlərə baxmayaraq birdəfəlik stəkanlara tələbat durmadan artır. Bir çox insan təkrar istifadə edilə bilən stəkanları özləri ilə götürməyi tez-tez unutduqlarına görə onları daha az rahat hesab edir, bəzilərinin isə birdəfəlik istifadə olunan stəkanların ətraf mühitə zərərli təsirindən xəbərdar olmaya bilər.

 

Birdəfəlik stəkanlar kağız və ya plastikdən hazırlanmış məhsullardır. Əsasən iaişə obyektlərinin servis və çatdırılma xidmətlərində geniş istifadə edilməsi üçün nəzərdə tutulmuş bu stəkanlar yemək və içki sektorunda geniş istifadə olunur.

Bu stəkanların bir qismi təkrar emal edilə bilir. Birdəfəlik stəkanların hazırlamasında istifadə olunan materiallardan biri olan plastikin ətraf mühitə müxtəlif zərərləri olmasının əksinə, kağızdan hazırlanan birdəfəlik stəkanlar təkrar emal oluna bilir və təbiətə zərər vermir. Kağız stəkanlar ekoloji cəhətdən təmiz olduğu və qida ilə yoluxan xəstəliklərin yayılmasının qarşısını aldığı üçün bütün dünyada populyarlıq qazanır. Kağızdan hazırlanan birdəfəlik stəkanlar 100% təbii materiallardan hazırlandığı üçün bioloji parçalana bilir.

Plastik tullantıların istifadəsinin azaldılmasının qarşısını almaq üçün bəzi kofeşoplar və kafelər öz stəkanlarını gətirən müştərilərə endirimlər təklif edir ki, bu da öz növbəsində bir çox insanları təbiətə daha az zərər verməyə təşviq edir.

Beləliklə, təkrar emal edilə bilən birdəfəlik stəkanlardan istifadə etməyi seçməklə hər birimiz ətraf mühiti qorumaq təşəbbüsünə imza atmaqda müsbət rol oynaya bilərik.

 



Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız