Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə İsti içkilər üçün nəzərdə tutulmuş stəkanların xüsusiyyətləri.

İsti içkilər üçün nəzərdə tutulmuş stəkanların xüsusiyyətləri.

İsti içkilər üçün nəzərdə tutulmuş stəkanların xüsusiyyətləri.

Çay və ya kofe içmək bir çoxumuzun günlük adətinə çevrilib. Səhər yuxudan oyananda ve ya işə gedəndə özümüzlə yolda içməyə kofe aparırıq. Əvvəllər isti çay və ya kofe daşımaq üçün termoslardan istifadə edilirdi. Artıq günümüzdə birdəfəlik stəkanlar termosları əvəz edir. Bu da bizi özümüzlə qab daşımaq və yumaq kimi problemindən qurtarır. Bundan əlavə stəkanlar birdəfəlik olduğu üçün istifadədən sonra tullanılır.


Mündəricat:  

 1. Kağız stəkanlardan nə üçün istifadə edilməlidir?

2. Kağız stəkanların növləri hansılardır?

3. İsti içkilər üçün nəzərdə tutulmuş stəkanların növləri və xüsusiyyətləri və xüsusiyyətləri hansılardır?

4. ​​​​​​İsti içkilər üçün nəzərdə tutulmuş kağız stəkanlardan istifadənin üstünlükləri nələrdir?

5. İsti içkilər üçün nəzərdə tutulmuş kağız stəkanların ətraf mühitə və insan orqanizminə təsiri nələrdir?


1) Kağız stəkanlardan nə üçün istifadə edilməlidir?  

Bundan əvvəlki bloqumuzda birdəfəlik stəkanların nə zaman və kim tərəfindən yaradıldığı haqqında danışmışdıq. İndi isə gəlin onun populyarlığından danışaq.

Dediyimiz kimi kofe, mocha, latte kimi isti içkilər əsasən də qış aylarında ən çox istehlak edilən içki növləridir. Təkcə ABŞ-da hər il 25 milyarddan çox kağız stəkan istifadə edildiyini nəzərə alsaq istehlakçı tələblərini ödəmək üçün kafe, restoran, kofeşop kimi bir çox müəsisələrdə kağız stəkan və qarışdırıcı, holder, tutacaq kimi stəkan aksesuarları ehtiyatı da saxlayır. ABŞ-ın kofe bazarının pərakəndə dəyəri təxminən 48 milyard dollar təşkil edir. Yaxın zamanlardakı statistikaya görə Amerikalı istehlakçılar gündə orta hesabla 1,64 stəkan kofe içir. Və bu stəkanların bir çoxu illik gəliri 12 milyard dollar təşkil edən özü ilə aparma xidməti göstərən kofeşoplardan alınır. 

2) Kağız stəkanların növləri hansılardır?

Növlərinə görə kağız stəkanları bir neçə kateqoriyaya bölmək mümkündür : Soyuq içkilər üçün nəzərdə tutulmuş, isti içkilər üçün nəzərdə tutulmuş, tek qat və iki qat stəkanlar.Bu bloqumuzda sizə isti içkilər üçün nəzərdə tutulmuş stəkanlardan danışacayıq.

3) İsti içkilər üçün nəzərdə tutulmuş kağız stəkanların növləri və xüsusiyyətləri hansılardır?

Bu gün bazarda müxtəlif növ isti içkilər üçün nəzərdə tutulmuş stəkanlar mövcuddur. Onların hər birinin öz xüsusiyyətləri var:

a) Tək qat kağız stəkanlar Soyuq içkilər üçün nəzərdə tutulmuş stəkanlardan fərqli olaraq bu stəkanların yalnız daxili qatı laminasiyalıdır. Bu da onun içərisindəki içkinin sızaraq stəkanın islanmanın və formasını itirməsinin qarşısını alır.

b) İki qat kağız stəkanlar – Adından da göründüyü onlar iki qat qalın kartondan hazırlanır. Qatlarının arasında effektiv istilik izolyasiyası təmin edən bir hava boşluğu var. İki qat təbəqə eyni anda iki problemi həll edir. Həm içkilərinizi uzun müddət isti saxlayaraq bir növ termos rolunu oynayır, həm də istifadə zamanı yanma riski olmadan stəkan saxlamaq üçün rahatdır.

c)  Qofro karton stəkanlar – Bu növ kağız stəkanları isti içkilər üçün istifadə etmək çox rahatdır. Belə ki elave çıxıntılı qofro karton qatı əllərinizin yanmasının qarşısını alır. Bununla yanaşı stəkanlara xüsusi dizayn və fərqlilik qatır.

4) İsti içkilər üçün nəzərdə tutulmuş kağız stəkanlardan istifadənin üstünlükləri nələrdir?

Ekoloji cəhətdən təmizdirlər - Plastik tullantılar ətraf-mühitin və okeanlarımızın çirklənməsinin ən böyük səbəblərindən biridir. Hər il milyonlarla ton plastik tullantı zibilliklərə atılır. Bəzi plastiklərin yer üzündə parçalanması yüzlərlə il çəkə bilər və ən əsası, plastik istehsalı zamanı yaranan karbon qazı havanın çirklənməsinə səbəb olur. Hava kirliliyi isə günümüzdə ən qlobal problemlərin önündə gəlir. Bundan əlavə plastik istehsal etmək çox enerji sərfiyyatı tələb edir.

Təkrar emal edilə bilmə xüsusiyyətinə malik olan bu kağız stəkanlar bərpa olunan mənbələrdən hazırlandığı və bioloji parçalana bildiyi üçün ekoloji cəhətdən daha təmizdir. Üzərində ləkə və ya qida qalığı olmadığı müddətcə onları təkrar emal edilə bilər. Kağız stəkanların xammalı FSC (Meşə İdarəətmə Şurası) tərəfindən sertifikatlaşdırılmış meşələrdəndir.

Keramika və şüşə stəkanlardan fərqli olaraq bu stəkanlar kağızdan hazırlandığından ekoloji cəhətdən daha təmizdirlər. İstifadə edildikdən sonra atıldığı üçün əlavə yer tutmurlar, onları yumağa ehtiyac yoxdur və ən əsası bu stəkanları rahatlıqla özünüzlə getdiyiniz yerə götürə bilərsiniz. 

Qiyməti ucuzdur - ona görə onlar sınar narahat olmaq lazım deyil. 

İstiliyi uzun müddət saxlaya bilirlər – Digər stəkanlarla müqayisədə bu kağız stəkanlar daxili laminasiya qatı sayəsində istiliyi uzun müddət saxlaya bilər. İçkilərinizin isti qalmasında bu stəkanlar üçün nəzərdə tutulmuş qapaqlar da rol oynayır.

Brendinizi tanıtmağa köməklik edir – belə ki, stəkanlar sizə onların üzərinə öz loqonuzu vurmaq imkanı verir və bununla da siz öz brendinizi tanıtmış olursunuz. "Food Packing" şirkəti olaraq sizə 8 OZ və 12 OZ kraft stəkanların üzərinə loqoların çapı xidmətimizi təklif edirik. Minimal sifariş sayı 1000 ədəd təşkil edir. 


5) İsti içkilər üçün nəzərdə tutulmuş kağız stəkanların ətraf mühitə və insan orqanizminə təsiri nələrdir?

Kağız stəkanların xammalı kağız olduğundan onlar istifadə üçün rahat, yayarlı olmaqla yanaşı həm də gigiyenikdir. Kağız bioloji parçalana bilən material olduğundan bu stəkanlar təbiətə minimum zərər verir. Daxilinin laminasiya qatı ilə örtülü olması onun emalı prosesində problemlər yarada bilər. Günümüzdə bir çox xəstəliklərin yaranmasının qarşısınının alınmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş stəkanların da rolu böyükdür. Çünki adından da görüldüyü kimi istifadədən dərhal sonra atılır. 


Minimum enerji sərf edərək bizi əhatə edən hava və ətraf-mühitin çirklənməsi kimi bir çox ekoloji problemlərin həllini tapmaq bizim üçün ən vacib məsələlərdən biridir. Bunun üçün ekologiya dostu olan kağız materialından hazırlanan stəkanlardan istifadəyə üstünlük verməliyik. Lakin, digər tərəfdən də bu stəkanların bəzilərinin daxili qatlarının laminasiyalı olması onların utilizasiya və təkrar emal edilməsində əngəllər yarada bilər. Bunun üçün bir çox şirkətlər ekologiyaya zərər vurmayacaq qabların istehsalı üçün müxtəlif həll yolları tapmağa çalışırlar.


Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız