İş tendensiyasını və zaman azlığını nəzərə alsaq bir çoxumuz restoran və kafelərdən yeməyi ya sifarişi edir, ya da vaxt itirməmək üçün onu özümüzlə aparırıq. Bütün bunları nəzərə alaraq Takeaway (özü ilə aparma) üçün uyğun, daşınması rahat, etibarlı və ən əsası insan sağlamlığına zərərsiz birdəfəlik qablaşdırmaların istehsalı hal-hazırda dünyada çox populyarlaşıb. Birdəfəlik qablar həm də bizi özümüzlə qab daşımaq və yumaq problemindən qurtarır. Belə qablardan biri də birdəfəlik sızdırmaz konteynerlərdir.
Mündəricat:
1 . PET Sızdırmaz konteynerlər harada və nə üçün istifadə olunur?
2. PET Sızdırmaz konteynerlərin nə kimi üstün cəhətləri var?
3. PET Sızdırmaz konteynerlərin mənfi cəhətləri nələrdir?
PET Sızdırmaz konteynerlər harada və nə üçün istifadə olunur?
Bugünkü bloqumuzda sizə soyuq qidalar - salatlar, şirniyyatlar və ağartı məhsulları üçün nəzərdə tutulmuş şəffaf sızdırmaz konteynerlərimizdən danışacağıq. Onlar fərdi istifadədən çox restoran, kafe kimi iaşə obyektlərində yemək sifarişlərinin daşınmasında və çatdırılmasında geniş istifadə olunur. Bundan əlavə siz market və mağaza rəflərində bu konteynerlərdə qablaşdırılmış müxtəlif növ ağartı məhsulları və şirniyyatları görə bilərsiniz.
PET Sızdırmaz konteynerlərin nə kimi üstün cəhətləri var?
Pet Sızdırmaz konteynerləri digər qablaşdırmalardan fərqləndirən əsas cəhətlərdən biri də bu qabların qapaqlarının kip bağlanması və bu sayədə içindəkilərin tökülməməsidir. Ümümiyyətlə sızdırmaz konteynerlərin qapaqları qaba bitişik olur. Bu da sizi qab üçün qapaq axtarmaq problemindən qurtarır və işinizi rahatlaşdırır.
Bundan əlavə onların aşağıdakı kimi bəzi üstün cəhətləri var:
Dayanıqlılıq: Yüksək keyfiyyətli PET materialından hazırlanmış bu qablar möhkəmdir və gündəlik istifadə üçün yararlıdır.
Şəffaflıq: Şəffaflığı sayəsində içərisindəki məhsulları asanlıqla görmək olar.
Yüngül çəki: PET materialından hazırlandığı üçün yüngül çəkiyə sahibdir ki bu da onların asanlıqla daşınmasını təmin edir.
Təkrar emal edilə bilir: PET asanlıqla dəfələrlə təkrar emal edilə bilən materialdır. Təkrar emal edilmiş PET-dən qida qablaşdırmasında, xalça və geyim kimi əşyaların istehsalında da istifadə olunur.
PET Sızdırmaz konteynerlərin mənfi cəhətləri nələrdir?
İstiyə qarşı zəyif müqavimət: 40 dərəcədən yuxarı temperatura qarşı dayanıqsızdır. İsti yeməklər və mayelər üçün istifadə edilə bilməz.
Qapağı konteynerə bitişik olduğu üçün zədələndikdə qabdan istifadə etmək olmur.
Sızdırmaz qablar öz praktiklikliyi, dayanıqlığı və çox funksionallığına görə istehlakçılar tərəfindən tələb görən qablaşdırmalardan biridir. Bir çox dəfə təkrar emal edilə bildiyinə görə bəzi başqa materiallardan fərqli olaraq təbiətə nisbətən az zərər verir.
*Müxtəlif ölçülü PET sızdırmaz konteynerlər saytımız üzərindən asanlıqla sifariş edə bilərsiniz.