Geniş məhsul çeşidiləri
Məhsulların keyfiyyətinə zəmanət
Ölkənin istənilən yerinə çatdırılma
Ana səhifə Təkrar emal edilə bilən kağız stəkanları fərqləndirən cəhətlər.

Təkrar emal edilə bilən kağız stəkanları fərqləndirən cəhətlər.

Təkrar emal edilə bilən kağız stəkanları fərqləndirən cəhətlər.


 Birdəfəlik kağız stəkanlar təkrar emal edilə bilən material olan qalın kağızdan hazırlanan stəkanlardır. Onlar həm çay kofe kimi isti, həm də su, meyvə şirəsi və s kimi soyuq və alkoqolsuz içkilər üçün nəzərdə tutulub. İçkinin kağızıdan sızmasının qarşısını almaq üçün daxili qatı laminasiya ilə örtülülür. Bu stəkanlar qırılmır və daşınma üçün ideal və praktik seçimdir.


Mündəricat:  

 1. Birdəfəlik kağız səkanlar necə hazırlanır?

 2. Kağız stəkanlar nə üçün daha yaxşı seçimdir?

 3. Birdəfəlik kağız stəkanlardan istifadənin faydaları nələrdir?

4. Birdəfəlik kağız stəkanların mənfi cəhətləri nələrdir?

5. Kağız və plastik stəkan arasındakı fərqlər nələrdir?


1) Birdəfəlik kağız stəkanlar necə hazırlanır?

    Birdəfəlik kağız stəkanlar “stəkan kartonu” adlanan xüsusi növ kağızdan hazırlanır. Bir necə qatdan ibarət olduğuna görə sərt və dayanıqlı olur. Material həmçinin ona forma vermək üçün kifayət qədər elastik olmalıdır. Kağız stəkanların yuxarı hissəsi yuvarlaq formada olur. Bu da həm stəkandan istifadəni rahatlaşdırır həm də onu düzgün formada saxlamağa köməklik edir.


2) Kağız stəkanlar nə üçün daha yaxşı seçimdir?

Kağız stəkanlar ticarət mərkəzləri, xəstəxanalar, ofislər, məktəblər, kafe, restoran, kofeşop və s. kimi bir çox fərqli müəssisə və məkanlarda geniş istifadə olunur. Adi stəkanlarla müqayisədə onların bir çox üstünlükləri var. Gəlin bu üstünlüklərdən bəzilərinə nəzər salaq:

Kağızdan hazırlandığı üçün ekoloji cəhətdən təmizdirtəkrar emal edilə biləndir. Plastik və digər materialdan hazırlanan qablardan fərqli olaraq kağızı təkrar emal etmək asan olduğundan kağız stəkanlar asanlıqla əzilə bilir. Bu da onları daha yığcam edir və stəkanlar çox yer tutmur.

- Bioloji parçalana bilir və adətən tərkibində heç bir zəhərli maddə olmur.

- Çox çeşidlilik - Kağız stəkanlar müxtəlif ölçülərdə və formalarda olur. 

- Digər materiallarla müqayisədə daha təhlükəsizdir və heç bir maddə ilə kimyəvi reaksiyaya girmir.

- Çəkisi yüngüldür - İnsanlar çəkisi yüngül olduğundan kağız stəkanları getdikləri bir çox yerdə rahatlıqla istifadə edə bilirlər. Bu həmçinin onların daşınmasını da asanlaşdırır.

3) Birdəfəlik kağız stəkanlardan istifadənin faydaları nələrdir?

- Təkrar emal edilə bildiyinə görə zibilxanalarda daha az tullantıların yığılmasına səbəb olur və ağacların nisbətən qırılmasının qarşısını alır.

- Bəzi digər materiallardan fərqli olaraq isti içkilər üçün asanlıqla və rahatlıqla istifadə edilə bilir.

- Təbiətə daha az zərər verir və hava çirklənməsinin qarşısını alır.

- Kağızdan hazırlandığı üçün adi stəkanlardan fərqli olaraq qırılmır.

- Digər materialdan hazırlanmış stəkanlardan daha ucuzdur.

4) Birdəfəlik kağız stəkanların mənfi cəhətləri nələrdir?

Yuxarıda sadaladığımız üstünlükləri ilə yanaşı kağız stəkanlardan istifadənin mənfi cəhətləri də var.

- ​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​​Mayeninin sızmasının qarşısının alınması üçün birdəfəlik kağız stəkanların daxili laminasiya qatı ilə örtülür ki, bu da onun təkrar emalı prosesini çətinləşdirə bilər.​​​​​​​

5) Kağız və plastik stəkan arasındakı fərqlər nələrdir?

- Kağız ekoloji cəhətdən təmiz, bioloji parçalana və təkrar emal edilə biləndir. Plastik isə təbiətdə 20-500 il müddətində parçalanır. ​​​​​​​

- Plastik maksimum 2-3 dəfə təkrar emal edilə bildiyi halda, bu proses kağızla 6-7 dəfə mümkündür.

- Təkrar emal zamanı plastikdən ayrılan zərərli hissəciklər məhsula qarışa bilər. Kağızın təkrar emalı zamanı bu kimi problemlə qarşılaşmaq demək olar ki mümkün deyil.

- Plastik stəkanlardan fərqli olaraq, kağız stəkanlar asanlıqla isti içkilər üçün istifadə edilə bilir.

- Kağızdan stəkanlar istehsal və emal zamanı təbiətə demək olar ki heç bir zərər vurmadığı halda plastik stəkanlar haqqında eyni şeyi demək olmaz. Kağız stəkanların ətraf mühitə təsiri ilə bağlı bir araşdırmaya görə, kağız stəkanların holderlə birlikdə istehsalı və daşınması nəzərə alınmaqla hər stəkan təxminən 0,11 kiloqram, plastik isə təxminən 3 kiloqram qarbon qazı istehsalına səbəb olur. ​​​​​​​

Hər il dünyada zibilliyə təxminən 500 milyard plastik stəkan atılır. Bu, planetdəki hər bir insanın ildə təxminən 71 plastik stəkan atmasına deməkdir. Təbiətə və insan sağlamlığına zərər verən bu problemi aradan qaldırmaq üçün kağız, bambuk və şəkər qamışı kimi daha zərərsiz materallariallardan istehsal olunan stəkanlara keçid etmək lazımdır.


Əlaqə Həftəiçi: 9:00 - 19:00 / Həftəsonu: 10:00 - 18:00 (070) 277 79 79
Bizə yazın Sizə zəng edək

Əlaqə nömrəniz

Adınız